Azərbaycanda prezident seçkilərini Qazaxıstandan 49 nəfər müşahidə edəcək
Qazaxıstanın Mərkəzi Seçki Komissiyası Azərbaycanda keçiriləcək prezident seçkilərinə 49 müşahidəçi göndərəcək. Bu barədə qərar Qazaxıstan MSK-nın iclasında qəbul edilib.
3 Aprel 2018 15:44 SiyasətQazaxıstanın Mərkəzi Seçki Komissiyası Azərbaycanda keçiriləcək prezident seçkilərinə 49 müşahidəçi göndərəcək. Bu barədə qərar Qazaxıstan MSK-nın iclasında qəbul edilib.
Qeyd olunur ki, müşahidəçilər Qazaxıstanın mərkəzi icra orqanlarından, eləcə də regionların nümayəndələrindən ibarət olacaq. Müşahidəçilər arasında Azərbaycan MSK tərəfindən dəvət olunmuş iki nəfər də yer alır.
Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31