Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bölgələrdə kənd təsərrüfatının inkişafına təkan verib

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının ən uğurlu cəhətlərindən biri bölgələrdə kənd təsərrüfatının inkişaf etdirilməsi oldu. Proqramın icrasının 14 ili ərzində bu sahənin inkişaf etdirilməsi daxili tələbatın ödənilməsi ilə yanaşı, ixrac potesialımızın artmasına da imkan yaratdı. Hazırda bu sahədə mövcud olan  vəziyyət belə deməyə əsas verir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının ən uğurlu cəhətlərindən biri bölgələrdə kənd təsərrüfatının inkişaf etdirilməsi oldu. Proqramın icrasının 14 ili ərzində bu sahənin inkişaf etdirilməsi daxili tələbatın ödənilməsi ilə yanaşı, ixrac potesialımızın artmasına da imkan yaratdı. Hazırda bu sahədə mövcud olan  vəziyyət belə deməyə əsas verir.

Kənd təsərrüfatının inkişafı tendensiyasına respublikanın hər bir bölgəsində olduğu kimi Hacıqabul rayonunda da  rast gəlinib. Ğtən 14 il ərzində Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində görülən işlər, ortaya qoyulan uğurlu fəaliyyət, ən əsası daxili istehsalın artması belə deməyə əsas verir.   

Eləcə də Dövlət Proqramının icrasının 2014-2018-ci illəri əhatə edən mərhələsi çərçivəsində Hacıqabulda kənd təsərrüfatının inkişafında əsaslı dərəcədə artım baş verib. Onu da nəzərə alaq ki, bu gün Hacıqabul rayonunun iqtisadiyyatının əsasını məhz kənd təsərrüfatı təşkil edir. Dövlət proqramının icrasının bu mərhələsində rayonda kənd təsərrüfatı məhsulunun buraxılışının həcmi 129 milyon 731 min manat təşkil edib. 2017-ci ilin məhsulu üçün 14409 hektarda taxıl əkilib ki, bu da  ötən ilin müvafiq dövrü ilə müqayisədə 616 hektar artıqdır. Zəmilərdən 44861 ton taxıl məhsulu əldə olunub. İstehsal olunmuş məhsulun 24136 tonunu buğda, 20725 tonunu isə arpa təşkil edir. Hər hektardan məhsuldarlıq buğdada 32,3, arpada 29,9  sentner olmuşdur.

2017-ci təsərrüfat ili ərzində 1267 ton pambıq, 11675 ton bostan, 6796 ton tərəvəz məhsulu, 5142 ton qarğıdalı, 461 ton kartof, 2550 ton şəkər çuğunduru, 190 ton soya, 11314 ton meyvə, 262 ton üzüm istehsal olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 266,8 ton pambıq, 22 ton kartof, 3576 ton qarğıdalı, 19301 ton şəkər çuğunduru, 150 ton soya, 338 ton tərəvəz, 109 ton meyvə və 1 ton üzüm məhsulu çox istehsal edilib.     

Hesabat dövründə  diri çəkidə 8274 ton ət, 17 min 253 ton süd istehsal edilib. İl ərzində yumurta istehsalı 23 milyon ədəd artaraq 350 milyon 497 min ədəd, yun istehsalı isə 3 ton artaraq 228 ton təşkil edib.

Nəzərə alsaq ki, regional proqramlarda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondundan fermerlərə, kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli kreditlərin ayrılması da nəzərdə tutulurdu və ötən illər ərzində bu sahədə kifayət qədər  vəsait məhz kənd təsərrüfatı məhsullarının istehsalçıları və fermerlərə ayrılıb. Hacıqabul fermerləri, kənd təsərrüfatı məhsulları istehsalçıları da bundan faydalana biliblər. Həmçinin "Aqrolizinq" Açıq Tipli Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikalarından yararlana biliblər ki, bu da rayonda istehsalın həcmini artırıb. Təkcə keçən il   "Aqrolizinq" ASC-nin Hacıqabul Aqrosevis filialı tərəfindən rayonun torpaq mülkiyyətçilərinə 70 faiz güzəştli qiymətlərlə 950 ton mineral gübrələr satılıb. Ötən ildən etibarən rayonda baramaçılığın inkişafına diqqət artırılıb. Bu məqsədlə rayon ərazisində 33 min tut ağacı yetişdirilib ki, bunun 5 min ədədi ötən il əkilib. Hesabat ilində kümçülərimiz tərəfindən 250 kq barama istehsal olunub.

Hesabat dövründə kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində sərf etdikləri yanacaq və sürtkü materiallarına görə hər hektara 50 manat olmaqla 2312 nəfərə 1 milyon 25 min 70 manat, o cümlədən, 765 nəfər buğda istehsalçılarına 55 min 335  manat məbləğində subsidiya verilib.

Bütün bunlarla belə hesabat dövründə diri çəkidə  ət istehsalı, taxıl, bostan, tərəvəz istehsalı nəzərə çarpacaq dərəcədə azalmış, pambığın məhsuldarlığı aşağı olub. Pambıq tarlalarına aqrotexniki qulluğun lazımı səviyyədə aparılmaması səbəbindən məhsulun kütləvi yetişkənliyi gecikib, nəticədə hava şəraitinin yığım üçün əlverişsiz keçməsi məhsuldarlığın aşağı düşməsinə şərait yaradıb. Tərəvəz və bostan əkilmiş sahələrin əvvəlki ilə nisbətən xeyli azaldılması hər iki növ məhsulun istehsalını aşağı salıb.

Əkinlərin su təminatının yaxşılaşması üçün rayon Suvarma Sistemləri idarəsi tərəfindən cari ildə 232 km-ə yaxın magistral və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilib. Əkinlərin suvarılması üçün su mənbələrindən 90,76 milyon kubmetr su götürülüb, su ayrıclarından Sudan İstifadəedənlər Birliklərinə 64,64 milyon kubmetr su verilib. Hesabat dövründə 8 ədəd nasos aqreqatı əsaslı təmir olunub, 46 ədəd hidrotexniki qurğu, 9 ədəd hidropost,3  ədəd nasos stansiya binası, 4 ədəd mülki bina təmir edilib.

Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən 2017-ci il ərazində Abdulabad kəndi ərazisində təsərrüfat daxili kollektorlarda 27960 pm lildən təmizlənmə işi aparılıb. Bundan əlavə bir sıra nasos stansiyasının elektrik avadanlıqlarında sazlama işləri aparılıb, 2 ədəd 65 QDL nasos aqreqatı 132 kvt-luq elektrik mühərriki ilə birlikdə təmir olunub. K-2 nasos stansiyasında və K-3 köhnə nasos stansiyasında nasos aqreqatları təmir olunaraq saz vəziyyətə gətirilib.

Hesabat ərzində rayonun baytar həkimləri tərəfindən iri buynuzlu və xırda buynuzlu heyvanlar arasında müxtəlif xəstəliklərə qarşı müayinə və vaksina  işləri aparılıb.

Baytarlıq nəzarəti xidməti tərəfindən aparılan monitorinqlərlə əlaqədar rayonun quşçuluq təsərrüfatlarından və ayrı-ayrı vətəndaşlara məxsus ev quşlarından götürülən qan nümunələrinin müayinəsi zamanı rayonda quş qripi xəstəliyinin olmadığı təsdiq edilib. Bununla belə baytarlıq idarəsi tərəfindən xüsusilə yol kənarlarında  ət məhsullarının qaydalara uyğun şəkildə  satılmasına ciddi nəzarət olunmur. Rayon ərazisində 30-a yaxın yerdə iri və ya xırda buynuzlu heyvanların kəsilib satılması təşkil edilir. Burada çalışanların böyük əksəriyyəti açıq havada, adi sanitar normalara əməl etmədən ət satışı ilə məşğul olur. Bir çox yerlərdə kəsilmiş ətin üstünün örtülməsi, qəssabların istehsalat paltarları geyinməsi təmin olunmur.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə əlaqədar hesabat dövründə rayonda mühüm layihələr həyata keçirilib. Rayon ərazisində tikinti-quraşdırma, abadlıq və yenidənqurma işləri davam etdirilib.

Ümumiyətlə, məhz həyata keçirilən məqsədyönlü tədbirlər və regional proqramların uğurlu icrası nəticəsində Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışının həcmi 322 milyon 779 min 900 manat olub. Məhsul buraxılışında qeyri-dövlət sektorunun payı 2016-cı ilə nisbətən 12,8 faiz artaraq 68,8 faiz olub.

Sənayedə məhsul buraxılışının həcmi 18,9 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 1,5 milyon manat çoxdur. İl ərzində bu sahədə çalışanların sayı 293 nəfər artaraq 1286 nəfər təşkil edib. Sənayedə bir işçiyə düşən orta aylıq əmək haqqı 299 manata çatıb.

2017-ci ildə əsas kapitala investisiyalar qoyuluşu 93 milyon 450 min, o cümlədən, tikinti quraşdırma işlərinə 92 min 820 min manat olmuşdur. Bu isə ümumilikdə 2016-cı ilə nisbətən 73 milyon 221 min manat çoxdur. İl ərzində 5 milyon 726 min manatlıq əsas fondlar istifadəyə verilib. Rayonda 165 nəfərin çalışdığı 3 tikinti təşkilatı fəaliyyət göstərib və onların gücü ilə 2 milyon 344 min manatlıq işlər görülüb. Hesabat ilində 1 milyon 169 min m2 ümumi mənzil fondu, 18 min 77 m2 yaşayış sahəsi istifadəyə verilib.

Regional proqrmlar çərçivəsində, eləcə də icrası başa çatmaqda olan 2014-2018-ci illər ərzində Hacıqabul şəhərində, eləcə də kənd və qəsəbələrdə abadlıq, tikinti-quraşdırma, yaşıllaşdırma, səliqə-sahman işləri davam etdirilib.Şəhərdə çoxmənzilli binaların dam örtüyünün dəyişdirilməsi istiqamətində 13 ədəd ikimərtəbəli, 2 ədəd beşmərtəbəli binanın dam örtüyü yenilənib. Ümumilikdə 20,3 min m2  dam örtüyü sökülmüş və metal vərəqlərdən yeni örtük tikilib, 107,7 m2  tüstü bacası kərpic ilə hörülüb, 78,8 m3  damda ağac şəbəkəsi quraşdırılıb, 1145 m2  tüstü bacası sement məhlulu ilə suvanmış və üzərinə emulsiya çəkilib, 886 m2  tüstü bacaları birləşmələrinə ağ sinklənmiş dəmir vurulub. 2015-ci ildən tikintisinə başlanılmış Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun indiyə kimi 36 km hissəsində torpaq yatağı hazırlanıb, 30 km hissəyə 12 sm qalınlığında, 6 metr enində asfalt örtüyü qoyulub, yolun qalan 12 km hissəsində  torpaq yatağının hazırlanması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işlər davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyri-neft sektorunun, xüsusi ilə kənd təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq aqroparkların salınması və bu sahələrə investisiyaların cəlb edilməsi istiqamətində də Hacıqabul  rayonunda bir sıra işlər görülüb və bu işlər  hazırda da davam etdirilməkdədir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31