Tağıyev qəsəbəsində 1 nəfər süni göldə batıb
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində süni göldə 1 nəfərin batdığı ehtimal olunur. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.
3 Aprel 2018 17:09 SosialBöhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində süni göldə 1 nəfərin batdığı ehtimal olunur. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.