Türkiyədə "Akkuyu" AES-in təməlqoyma mərasimi keçirilib
Türkiyənin Mersin vilayətində "Akkuyu" atom elektrik stansiyasının (AES) təməlqoyma mərasimi keçirilib. Məlumata görə, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin videokonfrans vasitəsilə mərasimdə iştirak ediblər. Türkiyə və RF hökumətləri arasında "Akkuyu" AES-in tikintisi haqqında saziş 2010-cu il mayın 12-də imzalanıb.
3 Aprel 2018 17:54 DünyaTürkiyənin Mersin vilayətində "Akkuyu" atom elektrik stansiyasının (AES) təməlqoyma mərasimi keçirilib. Məlumata görə, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin videokonfrans vasitəsilə mərasimdə iştirak ediblər. Türkiyə və RF hökumətləri arasında "Akkuyu" AES-in tikintisi haqqında saziş 2010-cu il mayın 12-də imzalanıb.
Qeyd edək ki, ötən gün Türkiyənin Atom Enerjisi Agentliyi AES-in birinci blokunun tikintisinə lisenziya verib. Trend.az