Almaniyanın ZDF telekanalı Ermənistanı ifşa etdi - YOXSULLUQ VƏ SƏFİLLİK

Almaniyanın ictimai televiziyası olan ZDF müasir Ermənistann ağır vəziyyəti və mövcud reallığı barədə reportaj hazırlayıb. "Soyqırımı, Dağlıq Qarabağ müharibəsi - insanlar bu kimi mövzuları Ermənistanla əlaqələndirirlər. Lakin gündəlik həyat bu cürdür: korrupsiyalaşmış siyasilər, tam yoxsulluq. Gənclər kütləvi şəkildə ölkəni tərk edirlər"-deyə reportajda qeyd olunur.

Almaniyanın ictimai televiziyası olan ZDF müasir Ermənistann ağır vəziyyəti və mövcud reallığı barədə reportaj hazırlayıb. "Soyqırımı, Dağlıq Qarabağ müharibəsi - insanlar bu kimi mövzuları Ermənistanla əlaqələndirirlər. Lakin gündəlik həyat bu cürdür: korrupsiyalaşmış siyasilər, tam yoxsulluq. Gənclər kütləvi şəkildə ölkəni tərk edirlər"-deyə reportajda qeyd olunur. ZDF-in reportajında daha sonra bildirilir: "Bir müddət öncə aparılan araşdırmaların nəticələrinə görə, demək olar ki, erməni gənclərinin 2/3-ü minimum zaman kəsimində öz ölkəsini tərk etmək barədə fikirləşirlər. Onlar ölkələrinin siyasi, sosial və iqtisadi vəziyyətindən pəjmürdə olublar. Rəsmi statistikaya görə, ölkə əhalisinin 30%-i səfilliyin və yoxsulluğun ən ağır vəziyyətini yaşayırlar. Real rəqəmər isə çox yəqin ki, daha artıqdır".

"Transparency International"ın korrupsiya indeksi: "Ermənistan Efiopiya, Makedoniya, Vyetnamla birgə 107-ci yerdə qərarlaşıb"

"Transparency International"ın korrupsiya indeksinə görə, Ermənistan Efiopiya, Makedoniya, Vyetnamla birgə 107-ci yerdə qərarlaşıb. İqtisadiyyat bir neçə oliqarxın əlindədir: kimlər ki, hakim elitanın qohumu, yaxını deyilsə, biznes şansı demək olar ki, yoxdur. Bundan əlavə, ölkədəki məhkəmə sistemi asılı vəziyyətdədir - investorlar üçün öldürücü milksdir. Hər seçkilərdən sonra seçki saxtakarlıqları ətrafında ittihamlar səsləndirilir. Seçici siyahılarına kütləvi şəkildə ölmüş insanların adları daxil edilir. Sual: "Baba, əgər sən seçkilərə görə bilərəkdən dirilmisənsə, bu zaman nəyə görə bizi də ziyarət etmirsən?" -Ermənistanda ən çox səslənən seçki ifadələrindən biri də budur"-ZDF-in reportajında bildirilir.

SSRİ-nin süqutundan sonra Ermənistan 16-30 yaş arası milyondan çox insan itirib!

Sözügedən reportajda daha sonra qeyd olunur: "Nə qədər insanın ölkəni tərk etdiyini təxmin etmək olar: hökumət il ərzində 30-40 min insanı göstərir. Əsas kütlə Rusiyaya köçür. SSRİ-nin süqutundan sonra Ermənistan 16-30 yaş arası milyondan çox insan (əhalinin 3-dən biri!) itirib. Bununla yanaşı, ölkə öz gələcəyini də əldən verib".

"Mümkündür ki, bu kimi nəticə hakimiyyətin də əlinə oynayır - axı yaxşı təhsil almış gəncliyin simasında ölkə eyni zamanda potensial inqilabçıları da özündən uzaqlaşdırır"-deyə Almaniyanın ictimai televiziyasında qeyd olunur.

ZDF həmçinin, Ermənistanın geostrateji vəziyyətini "qorxulu yuxu" olaraq təsvir edir. Belə ki, bu, ölkənin Türkiyə və Azərbaycanla sərhədlərinin bağlı olması ilə əlaqləndirilir. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31