Milli Şura terroru dəstəkləyir…

"Milli Şura" adlanan qurum istənilən hadisədən, mövzudan istifadə edərək Azərbaycanı hədəfə götürür, hakimiyyətə və ölkədə həyata keçirilən tədbirlərə ləkə yaxmağa çalışır. Uzun illərdir ki, Azərbaycanda görülən işlərə, həyata keçirilən irimiqyaslı layihələrə kölgə salmağa çalışan radikal müxalifət 2013-cü ildə "Milli Şura" adı altında birləşərək dövlətimizin nüfuzuna xələl gətirməyə çalışır.

"Milli Şura" Azərbaycanın nüfuzunu zədələmək üçün xaric anti-Azərbaycan qüvvələrin pozucu fəaliyyətinə və ermənilərə bəraət qazandırır"

"Milli Şura" adlanan qurum istənilən hadisədən, mövzudan istifadə edərək Azərbaycanı hədəfə götürür, hakimiyyətə və ölkədə həyata keçirilən tədbirlərə ləkə yaxmağa çalışır. Uzun illərdir ki, Azərbaycanda görülən işlərə, həyata keçirilən irimiqyaslı layihələrə kölgə salmağa çalışan radikal müxalifət 2013-cü ildə "Milli Şura" adı altında birləşərək dövlətimizin nüfuzuna xələl gətirməyə çalışır. "Milli Şura" ölkəmizdə xaos, anarxiya yaratmaq üçün xalqımızın əzəli və əbədi düşmənləri ilə də əməkdaşlığa gedərək ölkəmizdə pozuculuq fəaliyyəti ilə məşğuldur. Bu qurum açıq şəkildə terroru dəstəkləyir. Əgər belə olmasa idi, məlum Nardaran hadisələrindən sonra insanları qanunlara tabe olmağa çağırardı. Biz bunun əksini gördük. "Milli Şura" Nardaran hadisələri ilə bağlı verdiyi bəyanatlarında "onlar hüquq və azadlıqları müdafiə edir" adı altında insanları təxribatçılığa səslədi, polislə vətəndaşlar arasında növbəti qarşıdurmaların baş verməsinin zəruri olduğu haqqında çağırış etdi. "Milli Şura" Azərbaycanın nüfuzunu zədələmək üçün xaric anti-Azərbaycan qüvvələrin pozucu fəaliyyətinə, ermənilərə və terrorçulara bəraət qazandırmağa hazırdır.

Saflig.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31