Gəlinlə yanaşı toyda 249 nəfər zəhərləndi - Qırğızıstanda
Ötən həftə Qırğızıstanın paytaxtı Bişkekdə toy mərasimində qidadan zəhərlənənlərin sayı 249-a çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Həkimlərin sözlərinə görə, toyda cəmi 190 qonaq olub.
4 Aprel 2018 11:36 DünyaÖtən həftə Qırğızıstanın paytaxtı Bişkekdə toy mərasimində qidadan zəhərlənənlərin sayı 249-a çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Həkimlərin sözlərinə görə, toyda cəmi 190 qonaq olub. Lakin qonaqların bir çoxu artıq qalan yeməkləri evdəki ailə üzvlərinə də apardıqları üçün zəhərlənənlərin sayında artım olub. Xəstəxanalıq olanlar arasında gəlinlə yanaşı, bəyin anası da olub. Bəyin isə səhhətində problem yoxdur. Faktla bağlı cinayət işi açılıb. Qqafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31