Odlar Yurdu Universiteti Beynəlxalq təhsil sərgisində təmsil olundu
Odlar Yurdu Universiteti dünyanın 14 ölkəsindən 160-a yaxın universiteti özündə birləşdirən KÜNİB-in (Qafqaz Universitetləri Birliyi) Bakıda keçirdiyi Beynəlxalq təhsil sərgisində təmsil olunmuşdur.
4 Aprel 2018 13:26 SosialOdlar Yurdu Universiteti dünyanın 14 ölkəsindən 160-a yaxın universiteti özündə birləşdirən KÜNİB-in (Qafqaz Universitetləri Birliyi) Bakıda keçirdiyi Beynəlxalq təhsil sərgisində təmsil olunmuşdur.
Sərgi çərçivəsində universitetin əməkdaşları ziyarətçilərə bu ali təhsil ocağının üstünlükləri, nüfuzu, perspektivləri, universitetin bakalavriat, magistratura, doktorantura, eləcə də ikinci ali təhsil və MBA proqramı, o cümlədən ikili diplom, xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar barədə ətraflı məlumatlar vermişdir. Ziyarətçilər sərgidə Odlar Yurdu Universitetinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, qəbula daha yaxşı hazırlıq, sənəd qəbulu müddəti, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmışdır.
Qeyd edək ki, sərgi 2 gün davam edib.