Gündəm

2018-ci il jurnalistika sahəsində də uğurlu il olub

27 Dekabr 2018 13:29

Əli Həsənov: “Jurnalist adından sui-istifadə edib jurnalistikanı hörmətdən salan şəxslərlə mübarizə bundan sonra da davam edəcək” Başa çatmaqda olan 2018-ci il də Azərbaycan üçün bütün istiqamətlərdə uğurlu olub. İstər siyasi, istər iqtisadi, istərsə də mədəni və sosial sahələrdə qazanılan nailiyyətlər fonunda bütün bunları aydın görmək mümkündür.

Diaspor ilə sarsılmaz bağlar qura bilən ölkələr, beynəlxalq arenada daha güclü tərəfə çevrilirlər

27 Dekabr 2018 13:18

Fuad Muradov: “Ölkəmiz də, məhz bu hədəfə doğru irəliləyir” Müasir dövrdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementlərindən birinə çevrilib. Yeni dünya düzəni və qloballaşma prosesləri diaspor siyasətinin tarixi məzmununu dəyişməkdədir. İndi diasporlar yalnız müəyyən bir dövlətin ərazisində məskunlaşmış eyni milli mənsubiyyətli insanların yaratdıqları ictimai hərəkat və ya birlik kimi nəzərdən keçirilmir, onlar həm də təmsil etdikləri xalqın milli maraqlarının fəal müdafiəçisi kimi tanınır. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyir ki, diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatının vacib komponentinə çevrilir, xarici siyasətə təsir imkanları əldə edir, dövlətlər arasında münasibətlərin inkişafında mühüm rol oynayır. Onun sözlərinə görə, diasporların dövlətlər arasındakı münasibətlərə təsiri onların daxili mahiyyəti, özünəməxsus xarakteri, konkret bir mədəniyyətin daşıyıcısı olması, təmsil etdiyi millətin, xalqın, yaxud etnosun tarixi mənafelərini ifadə etməsi ilə bilavasitə bağlıdır:

"Bunlara qarşı ölkə daxilində heç bir reaksiya yoxdur"

27 Dekabr 2018 13:07

“Şübhəli şəkildə Fransada “siyasi sığınacaq” almış, bu ölkədə yaşayaraq Azərbaycanın dövlət institutlarını və simvollarını ən eybəcər formada təhqir edən, xalqı konstitusion quruluşu devirməyə çağıran Vidadi İsgəndərli adlı şəxsin qanunsuz və cinayətkar fəaliyyətinə hər cür şərait yaradılması yolverilməzdir”. Bunu millət vəkili Azər Badamov deyib.

"Vidadi İsgəndərli kimilər qanun qarşısında cavab verməlidirlər”

27 Dekabr 2018 13:04

“Azərbaycanı xarici ölkələrdə istəməyən qüvvələr, ayrı-ayrı çevrələr var. Onların müəyyən hissəsi də Fransada yerləşir. Nəyə görə məhz Fransa? Bildiyiniz kimi Fransa erməni diasporunun çox olduğu dövlətlərdən biridir. Fransa erməni diasporunun bir çox hallarda təsiri altına düşür. Hətta bu xarici siyasətdə də belədir. Məlumdur ki, Fransanın bir sıra şəhərlərinin merlərinin, Fransa parlamentinin bəzi senatının üzvlərinin işğal altındakı Dağlıq Qarabağa səfəri baş tutub. Bütün bunlar hamısı ondan xəbər verir ki, Fransada böyük ermənipərəst qüvvələr var”. Bunu "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.

"Sarkisyan taleyindən yüz dəfə pisini Paşinyan yaşayacaq"

27 Dekabr 2018 13:01

“Paşinyanın perspektivi haqda hələ öncədən fikirlərimizi demişdik. Demişdik ki, bu cür imitasion, saxta, maskalı siyasətin, inqilabların müsbət nəticələri olmur. Enində-sonunda fiaskoya məhkumdur. Dediyimiz kimi də oldu”. Bunu millət vəkili Elşən Musayev deyib.

Fədayə Laçına HÖKM OXUNDU

26 Dekabr 2018 18:02