Kreml Putin və Paşinyan arasında keçiriləcək danışıqların əsas mövzularını açıqlayıb
26 Dekabr 2018 16:50 DünyaRusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan dekabrın 27-də Moskvada ikitərəfli gündəmdə olan əsas məsələləri müzakirə edəcək.
"Dekabrın 27-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Rusiyada işgüzar səfərdə olacaq Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında danışıqlar baş tutacaq. İkitərəfli gündəmdə olan əsas məsələlərin, Avrasiya məkanında inteqrasiya birliklərindəki qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirə ediləcəyi planlaşdırılır", - Kremlin Mətbuat xidmətinin məlumatında deyilir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31