Cinayətkara münbit şəraitin yaradılması yolverilməzdir
27 Dekabr 2018 13:23 SiyasətFransanın hüquq-mühafizə orqanları öz sözünü deməlidir
Azərbaycanın günü-gündən artan inkişafından, onun beynəlxalq aləmdə söz sahibinə çevrilməsindən əndişələnən bur qrup kəsim çox təəssüf ki, şəxsi maraqları naminə milli dəyərləri ayaq altına atmaqdan belə çəkinmir. Belə ki, istər ölkə daxilində, istərsə də ölkəmizdən kənarda yaşayan bəzi şəxslər var ki, hər vasitədən istifadə etməklə Azərbaycanın əleyhinə təbliğat aparır. Bu məqsədlə yeni medianın verdiyi imkanlardan istifadə olunur. Həmin şəxslər xarici havadarlarının göstərişlə ağına bozuna baxmayaraq cəmiyyətin bütün təbəqələrinə qarşı sosial şəbəkələrdə əxlaqa sığmayan kampaniyalar aparırlar. Ölkəsini, qohumlarının tərk edib, özlərinə xarici ölkələrdə sığınacaq tapan şəxslər havadarlarının sifarişi əsasında ölkəmiz barədə hər cür yalan danışmaqdan usanmırlar. Ən dəhşətlisi odur ki, heç bir siyasi fəaliyyətlə məşğul olmayan və xaricdə yaşamaq icazəsi alaraq, analoji fəaliyyətlə məşğul olanlar sırasında Avropa ölkələrinə cinsi azlığın nümayəndəsi kimi sığınanlar da az deyil. Onlar xaricdə yaşamaqdan ötrü özlərinin və təmsil etdikləri nəsillərin adına xələl gətirməkdən belə çəkinməyənlərdir. Namusunu, qeyrətini, cinsi mənsubiyyətini və arientasiyasını, bir sözlə, əxlaqını, şəxsiyyətini ayaqlar altına atıb nəticədə güzəştlərə, yardımlara, dilənçi payına çevrilən vəsaitlərə göz dikənlər, hələ bir utanmadan, indi kişilikdən və mənlikdən dəm vururlar.
Belə ünsürlərdən biri də keçmişi kifayət qədər çirkli və qaranlıq olan, "gücünü" şər -böhtan, mənəviyyatsızlıq və ləyaqətsizliklə "ölçən" Vidadi İsgəndərlidir. Artıq onun barəsində kifayət qədər materiallar, açıqlama və münasibətlər verilib və rüsvayçı kimliyi barədə demək olar ki, hər kəs məlumatlıdır. Təssüf doğuran məqam ondan ibarətdir ki, hazırda Fransada saxta yollarla siyasi sığınacaq alıb, özünü "dissident" kimi təqdim edən bu rəzil məxluq adıçəkilən ölkədə aşkar şəkildə Azərbaycanda sabitliyi pozmağa, terror törətməyə, cinayətlərə əl atmağa, ümumiyyətlə, qanunlara zidd olan hər şeyi tətbiq etməyə sosial şəbəkələr üzərindən çağırışlar edir. Ancaq onun bu qanunsuz əməllərinə Fransa dövlətinin müvafiq qurumları heç bir ölçü götürmürlər. Halbuki, bu cür əxlaqsızlar, cinayətkarlar barədə onlarda kifayət qədər məlumatlar var. Heç şübhəsiz ki, Fransanın hüquq-mühafizə orqanları Vidadi İsgəndərliyə - başqa dövlətdə oturub, digər dövlət üçün terror çağırışları edən bir cinayətkar barədə müvafiq tədbir görməlidir. Lakin Fransa hələlik susmaqla baş verən qanunsuzluğa dəstək nümayiş etdirir. Odur ki, Fransa hökumətini ayıltmaqdan ötrü Vidadi İsgəndərli kimi cinayətkarın layiq olduğu cəzasını almaq üçün Fransanın Azərbaycandakı səfirliyinə müvafiq sorğular göndərilməli, Fransa dövlətindən rəsmi olaraq, onun barəsində tədbirin görülməsi tələb edilməlidir. Bu, Azərbaycanı xalqının iradəsinə qarşı hörmətsizliyini qarşısının alınması üçün vacib amillərdəndir. Əgər bu ünsür Fransa dövləti tərəfindən sığınacaq alıbsa, demək ki, onun barəsində müəyyən materiallar da mövcuddur və Fransanın hüquq-mühafizə orqanları öz sözünü deməlidir.
Əslində Fransanı belə bir addım atmağa qanuni və siyasi əsaslar yaradan amillər kifayət qədərdir. Fransa dövləti ona görə bu addıma getməlidir ki, ən azından, öz daxilində davam edən məlum hadisələrdən nəticələr çıxarmalıdır. Həmçinin, insanları zorakılığa, terror törətməyə çağırmaq, qeyri-konstitusion davranışlara sövq etmək, suveren xalqın iradəsinə, demokratiya normalarına, eləcə də beynəlxalq qanunvericiliyə ziddir. Bu baxımdan, şübhəli şəkildə Fransada "siyasi sığınacaq" alaraq, özünü "dissident" elan edən, bu ölkədə yaşayaraq, Azərbaycanın dövlət institutlarını, simvollarını ən eybəcər və insanlıq çərçivəsinə sığmayan formada təhqir, təhdid edən, xalqı dövlət çevrilişinə çağıran V.İsgəndərliyə sözügedən şəraitin yaradılması qətiyyən yolverilməzdir! Fransa dövləti və hakimiyyəti onu da dərk etməlidir ki, V.İsgəndərli Azərbaycanda yaşadığı dövrlərdə heç bir siyasi fəaliyyət göstərməyib, heç bir siyasi proseslərdə ən sıravi siyasətçi kimi belə, çıxışlar etməyib və buna görə də, ümumiyyətlə, "siyasi mühacir" statusunu daşıya bilməz. Həmçinin, V.İsgəndərli vaxtilə dövlət orqanlarında işlədiyi vaxt, ciddi və yolverilməz nöqsanlara yol verdiyinə görə işdən çıxarıldıqdan sonra, Azərbaycan pozuculuq fəaliyyətinə başlayıb, sosial şəbəkələrdə iğtişaşlar törədəcəyi ilə bağlı təhdid, təhqir dolu materiallar yerləşdirib.
Millət vəkili Azər Badamov deyib ki, şübhəli şəkildə Fransada "siyasi sığınacaq" almış, bu ölkədə yaşayaraq Azərbaycanın dövlət institutlarını və simvollarını ən eybəcər formada təhqir edən, xalqı konstitusion quruluşu devirməyə çağıran Vidadi İsgəndərli adlı şəxsin qanunsuz və cinayətkar fəaliyyətinə hər cür şərait yaradılması yolverilməzdir. Deputatın sözlərinə görə, ölkəmiz haqqında pis fikirlər səsləndirən şəxslər müəyyən dairələrin maraqlarının icraçılarıdırlar: "Müəyyən dairələr var ki, bu gün Azərbaycanda gedəh inkişafı, təmin olunmuş iqtisadi sabitliyi, vətəndaşların dövlətdən məmnunluğunu qəbul edə bilmirlər. Onlar çalışırlar ki, ölkə daxilində hansısa bir qeyri-sabitlik yaratsınlar və bizim inkişafımıza nəsə bir xələl gətirsinlər. Bu məqsədlə də müəyyən qədər azərbaycanlılar vəsait hesabına xaricdə yaşayan dairələri ələ alırlar və ölkəmiz haqqında qeyri-etik fikirlərin səsləndirilməsini tələb edirlər. Hamı bilir ki, bu insanlar müəyyən qrantlar, vəsait müqabilində bəzi dairələrin fikirlərini çatdırırlar. Bunlara qarşı ölkə daxilində demək olar ki, heç bir reaksiya yoxdur. Çünki bu gün Azərbaycan vətəndaşı bilir ki, ölkəmizin gələcəyi necə olacaq, Azərbaycanda dövlətin siyasəti hansı istiqamətdədir. Bu illər ərzində Azərbaycanda vətəndaşın rifahının yaxşılaşdırılması istiqamətində görülən işlədən vətəndaşlarımız məmnundur. Belə bir şəraitdə kimlərinsə ölkə daxilinə müdaxilə etmək cəhdləri təbii ki, boşa çıxır. Belə ünsürlərə dəstək olan ölkələrin özlərinin daxilində də dövlətə qarşı çağırışlar mövcuddur və qeyri-sabitlik ocağına çevrilmək üzrədir".
Zəka