Diaspor ilə sarsılmaz bağlar qura bilən ölkələr, beynəlxalq arenada daha güclü tərəfə çevrilirlər
Fuad Muradov: “Ölkəmiz də, məhz bu hədəfə doğru irəliləyir” Müasir dövrdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementlərindən birinə çevrilib. Yeni dünya düzəni və qloballaşma prosesləri diaspor siyasətinin tarixi məzmununu dəyişməkdədir. İndi diasporlar yalnız müəyyən bir dövlətin ərazisində məskunlaşmış eyni milli mənsubiyyətli insanların yaratdıqları ictimai hərəkat və ya birlik kimi nəzərdən keçirilmir, onlar həm də təmsil etdikləri xalqın milli maraqlarının fəal müdafiəçisi kimi tanınır. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyir ki, diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatının vacib komponentinə çevrilir, xarici siyasətə təsir imkanları əldə edir, dövlətlər arasında münasibətlərin inkişafında mühüm rol oynayır. Onun sözlərinə görə, diasporların dövlətlər arasındakı münasibətlərə təsiri onların daxili mahiyyəti, özünəməxsus xarakteri, konkret bir mədəniyyətin daşıyıcısı olması, təmsil etdiyi millətin, xalqın, yaxud etnosun tarixi mənafelərini ifadə etməsi ilə bilavasitə bağlıdır:
27 Dekabr 2018 13:18 SiyasətFuad Muradov: "Ölkəmiz də, məhz bu hədəfə doğru irəliləyir"
Müasir dövrdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementlərindən birinə çevrilib. Yeni dünya düzəni və qloballaşma prosesləri diaspor siyasətinin tarixi məzmununu dəyişməkdədir. İndi diasporlar yalnız müəyyən bir dövlətin ərazisində məskunlaşmış eyni milli mənsubiyyətli insanların yaratdıqları ictimai hərəkat və ya birlik kimi nəzərdən keçirilmir, onlar həm də təmsil etdikləri xalqın milli maraqlarının fəal müdafiəçisi kimi tanınır. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyir ki, diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatının vacib komponentinə çevrilir, xarici siyasətə təsir imkanları əldə edir, dövlətlər arasında münasibətlərin inkişafında mühüm rol oynayır. Onun sözlərinə görə, diasporların dövlətlər arasındakı münasibətlərə təsiri onların daxili mahiyyəti, özünəməxsus xarakteri, konkret bir mədəniyyətin daşıyıcısı olması, təmsil etdiyi millətin, xalqın, yaxud etnosun tarixi mənafelərini ifadə etməsi ilə bilavasitə bağlıdır: "Çünki dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir xalqın diasporu yalnız özünün hüquq və azadlıqlarının qorunmasına çalışmır, həm də milli mədəni irsini təbliğ etməyə, tarixi Vətəni haqqında rəy formalaşdırmağa, onun rifahı və inkişafına dəstək olmağa səy göstərir. Bu, icma və birliklərin əhatəsində olduğu xarici mühitin təsiri altında formalaşmır, diasporun özünəməxsus keyfiyyəti olub onun mentalitetinin, tarixi yaddaşının, milli şüurunun, "milli mənlik" qürurunun təzahürü kimi özünü göstərir. Lakin dünyanın movcud diaspor ənənələri göstərir ki, bu birliklərin fəaliyyəti yalnız milli-mənəvi və mədəni dəyərlərin qorunması və milli varlığın təsdiqi dairəsi ilə məhdudlaşmır. Ölkəsindən kənarda yaşayan milli icmaların siyasi-iqtisadi mənafelər baxımından öz dövlətinin və xalqının maraqlarına xidmət etməsi, dövlətlərarası münasibətlərə təsir göstərməsi də vacib faktor kimi beynəlxalq siyasətdə aktiv şəkildə tətbiq edilməkdədir. Diasporların dövlətlər arasındakı münasibətlərin inkişafı haqqında danışarkən, Azərbaycanın bu sahədəki təcrübəsinə diqqət yetirmək yerinə düşür".
Komitə sədri deyib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin müasir dünyanın qlobal tələblərinə uyğun siyasi kursu son dövrlərdə diaspor hərəkatını daha da gücləndirib, xaricdəki Azərbaycan icmaları arasında əlaqələr möhkəmlənib, haqq səsimizin dünyaya çatdırılması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi, həmçinin ölkələr daxilində siyasi proseslərə, az da olsa təsir göstərilməsi istiqamətində bir sıra nailiyyətlərə imza atılıb: "Bəzi ölkələrin diaspor təcrübəsinə baxdıqda görünən odur ki, diaspor ilə sarsılmaz bağlar qura bilən ölkələr, beynəlxalq arenada daha güclü tərəfə çevrilirlər. Ölkəmiz də, məhz bu hədəfə doğru irəliləyir. Qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirərək diaspor quruculuğu işinin keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində önəmli addımlar atmaqdadır. Bu istiqamətdə Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin, mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda ictimai-siyasi xadim kimi böyük işlər görən birinci xanım, Azərbaycan Respublikasının birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna rolu xüsusi qeyd edilməlidir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaradılan internet portalı (http://www.justiceforkhojaly.org), müxtəlif dillərdə hazırladığı "Qarabağ həqiqətləri" adlı bukletlər dünya ictimaiyyətinə problemin kökləri, səbəbləri haqqında kifayət qədər məlumat çatdırıb".
Fuad Muradov deyib ki, bu gün Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində daha bir yeni mərhələ başlayıb: "Müasir dünyanın çağırışları yeni diaspor strategiyasının hazırlanmasını zəruri etdiyindən Diasporla İş üzrə Dövlət Komitəsinin yeni "Strateji Yol Xəritəsi" işlənib hazırlanıb və icrası istiqamətində addımlar atılır. Dövlət Komitəsi tərəfindən ölkə başçısının tapşırıqlarına, Komitənin Əsasnaməsinə və digər normativ-hüquqi sənədlərə uyğun olaraq dünya azərbaycanlılarının birləşdirilməsi, soydaşlarımızın fəaliyyətinin koordinasiya edilməsi, diaspor hərəkatının gücləndirilməsi, milli-mədəni irsin təbliği, işğal edilmiş ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və həmvətənlərimizin xarici ölkələrin ictimasi-siyasi həyatında fəal mövqe tutması, siyasi-iqtisadi təsir imkanlarına malik olması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.Azərbaycanın diaspor təşkilatlarının dayanıqlı əsaslar üzərində qurulması və daha güclü təməllərlə fəaliyyət göstərməsi üçün dövrün tələblərinə uyğun yeni strateji istiqamətlər müəyyənləşdirilib. Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyinatımdan sonra strateji hədəflərə yönələn yenilənmiş fəaliyyət proqramı çərçivəsində artıq intensiv tədbirlərin həyata keçirilməsinə başlanılıb. Türkiyə, Fransa, Almaniya, Rumıniya, Ukrayna, Rusiya, Gürcüstan, İsveçrə, İsveç, Hollandiya, Çin və Amerika Birləşmiş Şatatlarına səfərlər edilib, soydaşlarımız və diaspor fəalları ilə görüşlər keçirilib, onların problemləri öyrənilib və həlli istiqamətində əməli tədbirlər görülür. Diaspor təşkilatları arasında birliyin təmin edilməsi, soydaşlarımızın vahid məqsəd ətrafında birgə fəaliyyətinə nail olunması məqsədilə Almaniya, Fransa, İsveçrə, İsveç, Hollandiya, Skandinaviya və Amerika Birləşmiş Ştatlarında Azərbaycanlıların Koordinasiya Şuraları təsis edilib.Eyni zamanda, bu ölkələrdə Azərbaycanın diaspor fəaliyyətinin səmərəliliyinin artırılması və tədricən güclü lobbiçilik ənənələrinə keçid istiqamətlərinin müəyyənləşdirilməsi üçün Komitə rəsmilərinin həmin ölkələrdə tarixi əhəmiyyət kəsb edən bir sıra görüşləri keçirilib. Bu gün dünyanın təqribən 50 ölkəsində 556 diaspor təşkilatı mövcuddur. Ümumiyyətlə isə son 8 ayda Dövlət Komitəsinin nümayəndə heyəti 11 ölkədə diasporumuz ilə görüşlər keçirib, onların vəziyyəti ilə yerindəcə tanış olunub və fikir mübadiləsi aparılıb.
Dünyanın müxtəlif şəhərlərində artıq fəaliyyətə başlayan, gələcəkdə digər ölkələrdə də açılması nəzərdə tutulan Azərbaycan mədəniyyət mərkəzləri və Azərbaycan dili məktəbləri diasporumuzun imkanlarını daha da artırır. Azərbaycan dövlətinin dəstəyi, ölkə başçısı cənab İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza qayğısı və bu istiqamətdə verdiyi tapşırıqlar diaspor təşkilatlarımızin bundan sonra da öz səylərini daha da gücləndirəcəyinə böyük ümidlər yaradır. Bir məsələni də xüsusi qeyd etmək istərdim ki, müxtəli ölkələrdə keçirdiyimiz görüşlərdə azərbaycanlıların birliyinə təkan verildi, Azərbaycan dövlətinin xaricdəki azərbaycanlıara diqqət və qayğısıbir daha təsdiqləndi, Azərbaycana dost diaspor təşkilatları ilə Azərbaycan diaspor təşkilatları, eyni zamanda DİDK arasında əməkdaşlığın əsası qoyuldu, diaspor təşkilatları ilə təcrübə mübadiləsi sahəsində tarixi razılaşmalar əldə olundu, yerli rəsmilərlə görüşlərdə həmin ölkələrdəki azərbaycanlıların problemləri qaldırıldı və onların həllinə mümkün təkan verildi, Azərbaycan adı bir daha təbliğ olundu, azərbaycanlıların bu ölkələrdəki mövqeyinə əhəmiyyətli müsbət təsir göstərildi, Dövlət səviyyəsində diaspora dəstəyin artdığı sübut olundu,Amerikadakı Azərbaycan diasporunun fəaliyyətinin güclənməsinə stimul verildi".
Fuad Muradov qeyd edib ki, Dövlət Komitəsi tərəfindən xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində də müəyyən addımlar atılır: "Xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının təmin olunması ilə əlaqədar dünyadakı beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin miqrasiya və bilavasitə diaspora məsul dövlət orqanları, qeyri-hökumət qurumları,Azərbaycandakı beynəlxalq təşkilatlar və səfirliklər ilə birbaşa əməkdaşlıq yaradılıb. Səfərdə olduğumuz hər bir ölkədə müvafiq qurumlarla da görüşlər keçirir, soydaşlarımızınproblemlərini onların diqqətinə çatdırır, problemlərin həlli yolları ilə bağlı müzakirələr aparır və dəstək olmağa çalışırıq. Almaniya və Fransa DİN, ABŞ Dövlət departamenti,dünyanın bir çox elm və təhsil ocaqları ilə əməkdaşlıq qurulub.Diasporla iş üzrə Dövlət Komitəsi xaricdəki azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı daha bir vacib təşəbbüsə qoşulub.Azərbaycanlıların Xarici ölkələrdə insan alverinin qurbanına çevrilməsinin qarşısının alınması və eyni zamanda, qurban olmuş şəxslərin xilas edilməsi işinə Dövlət Komitəsi, eləcə də xaricdəki Azərbaycan diaspor təşkilatlarının cəlb edilməsi üçün Beynəlxalq Miqrasiya Təşkilatı ilə müzakirələr aparılır. Bununla birgə, soydaşlarımız və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədi ilə Komitədə Milli Məclisin nümayəndələrinin iştirakı ilə müvafiq işçi qrupu yaradılıb. Bu istiqamətdə xarici təcrübə öyrənilərək, qanunun ilkin variantı hazırlanıb.Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Türkiyə Respublikasında şəxsiyyəti təsdiq edən sənədləri olmadan məskunlaşmış azərbaycanlıların problemlərinin həlli, soydaşlarımızın müvafiq sənədlər əldə etməsi istiqamətində davamlı işlər görülür. Bu məsələ ilə bağlıXarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və s. digər əlaqədar qurumların əməkdaşlarından ibarət işçi qrup yaradılıb. İşçi qrupu Türkiyəyə ezam edilərək müvafiq görüşlər keçirib. Səfər zamanı işçi qrupu tərəfindən soydaşlarımızın sənədləri toplanaraq onların hazırlanması üçün müvafiq dövlət qurumlarına təqdim edilib.Bu istiqamətdə digər ölkələrdə də iş aparılır. Bizə daxil olan müraciətlərə görə, bir neçə ölkədə həmvətənlərimizlə bağlı analoji problemlər var və bu istiqamətdə yaxın gələcəkdə digər dövlət qurumları ilə birgə fəaliyyətə başlanılacaq. Soydaşlarımızın hüquq və azadlıqlarından danışarkən Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini də unuda bilmərik. Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı məsələ hər zaman ölkə rəhbərliyinin və komitənin diqqətindədir. Gürcüstan hökuməti də bu problemlərin həlli istiqamətində addımlar atıb. Bu ilin iyun ayında Dövlət Komitəsinin nümayəndə heyəti ilə Gürcüstanda səfərdə olduq, azərbaycanlılar yaşayan bölgələrdə yerli sakinlərlə görüşüb onların problemləri, qayğıları ilə tanış olduq, icra orqanlarının nümayəndələri və bir sıra rəsmi qurumlarda görüşlər keçirdik. Həmvətənlərimizin burada təhsil, səhiyyə və sosial problemlərini öyrəndik. Lakin diqqət yetirdiyimiz ən önəmli məsələ Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətinə inteqrasiyasına nail olmaqdır. Çünki, yalnız cəmiyyətə inteqrasiya etmiş, vətəndaşı olduğu dövlətin dilini, qanunlarını bilən bir toplum öz hüquqlarını qoruya, normal yaşam şərtlərini təmin edə bilər. Eyni zamanda, bildirim ki, səfər çərçivəsində Heydər Əliyev Fondu adından Bolnisi və Qardabani rayonunlarına yüksək tibbi imkanlara malik təcili tibbi yardım avtomobili hədiyyə edilib. Təbii ki, Gürcüstan azərbaycanlılarının problemlər uzun illər ərzində yığılıb qalmış, SSRİ-nin süqutundan sonra yaranmış situasiyanın doğurduğu fəsadlardır və soydaşlarımızın orada torpaqla təmin olunmasından tutmuş, təhsil sahəsinə qədər çox problemləri var. Bunlar qısa zamanda həll olunası məsələlər deyil və inanırıq ki, Azərbaycan hökumətinin Gürcüstan hökuməti ilə sıx əməkdaşlıq şəraitində bu problemlər tədricən həllini tapacaq".
Füzuli