"Bunlara qarşı ölkə daxilində heç bir reaksiya yoxdur"
“Şübhəli şəkildə Fransada “siyasi sığınacaq” almış, bu ölkədə yaşayaraq Azərbaycanın dövlət institutlarını və simvollarını ən eybəcər formada təhqir edən, xalqı konstitusion quruluşu devirməyə çağıran Vidadi İsgəndərli adlı şəxsin qanunsuz və cinayətkar fəaliyyətinə hər cür şərait yaradılması yolverilməzdir”. Bunu millət vəkili Azər Badamov deyib.
27 Dekabr 2018 13:07 Siyasət"Şübhəli şəkildə Fransada "siyasi sığınacaq" almış, bu ölkədə yaşayaraq Azərbaycanın dövlət institutlarını və simvollarını ən eybəcər formada təhqir edən, xalqı konstitusion quruluşu devirməyə çağıran Vidadi İsgəndərli adlı şəxsin qanunsuz və cinayətkar fəaliyyətinə hər cür şərait yaradılması yolverilməzdir". Bunu millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, ölkəmiz haqqında pis fikirlər səsləndirən şəxslər müəyyən dairələrin maraqlarının icraçılarıdırlar: "Müəyyən dairələr var ki, bu gün Azərbaycanda gedəh inkişafı, təmin olunmuş iqtisadi sabitliyi, vətəndaşların dövlətdən məmnunluğunu qəbul edə bilmirlər. Onlar çalışırlar ki, ölkə daxilində hansısa bir qeyri-sabitlik yaratsınlar və bizim inkişafımıza nəsə bir xələl gətirsinlər. Bu məqsədlə də müəyyən qədər azərbaycanlılar vəsait hesabına xaricdə yaşayan dairələri ələ alırlar və ölkəmiz haqqında qeyri-etik fikirlərin səsləndirilməsini tələb edirlər. Hamı bilir ki, bu insanlar müəyyən qrantlar, vəsait müqabilində bəzi dairələrin fikirlərini çatdırırlar. Bunlara qarşı ölkə daxilində demək olar ki, heç bir reaksiya yoxdur. Çünki bu gün Azərbaycan vətəndaşı bilir ki, ölkəmizin gələcəyi necə olacaq, Azərbaycanda dövlətin siyasəti hansı istiqamətdədir. Bu illər ərzində Azərbaycanda vətəndaşın rifahının yaxşılaşdırılması istiqamətində görülən işlədən vətəndaşlarımız məmnundur. Belə bir şəraitdə kimlərinsə ölkə daxilinə müdaxilə etmək cəhdləri təbii ki, boşa çıxır. Belə ünsürlərə dəstək olan ölkələrin özlərinin daxilində də dövlətə qarşı çağırışlar mövcuddur və qeyri-sabitlik ocağına çevrilmək üzrədir".
SİA