"Sarkisyan taleyindən yüz dəfə pisini Paşinyan yaşayacaq"
“Paşinyanın perspektivi haqda hələ öncədən fikirlərimizi demişdik. Demişdik ki, bu cür imitasion, saxta, maskalı siyasətin, inqilabların müsbət nəticələri olmur. Enində-sonunda fiaskoya məhkumdur. Dediyimiz kimi də oldu”. Bunu millət vəkili Elşən Musayev deyib.
27 Dekabr 2018 13:01 Siyasət"Paşinyanın perspektivi haqda hələ öncədən fikirlərimizi demişdik. Demişdik ki, bu cür imitasion, saxta, maskalı siyasətin, inqilabların müsbət nəticələri olmur. Enində-sonunda fiaskoya məhkumdur. Dediyimiz kimi də oldu". Bunu millət vəkili Elşən Musayev deyib.
Millət vəkilinin sözlərinə görə, artıq Ermənistan çalxalanır: "Narazı kütlə bir tərəfdən, Köçaryanın tərəfdarları bir tərəfdən, rusmeylli qüvvələr bir tərəfdən, kənar təsirlər bir tərəfdən Paşinyanı məngənəyə salıb. Adam boğulur, saman çöpü axtarışındadır ki, tutub müvazinətini bərpa edə bilsin. Mitinqlər artım dinamikası ilə gedir. Miqyas daha da çoxalacaq. Sarkisyan hansı taleyi yaşamışdısa ondan yüz dəfə daha artıq betərini Paşinyan yaşayacaq. Çünki bir daha deyirəm: siyasətin "s" hərfindən belə xəbəri yoxdur, siyasi təfəkkür sıfırdır, manevr qabiliyyəti bərbaddır, fors-major durumlarda qərar qəbul etmə istedadından məhrumdur. Ancaq artistlik eləməklə isə kütləni idarə etmək olmaz. Üstəlik, seçki öncəsi elə yekə-yekə vədlər verib ki, onların da altından çıxa bilməyəcək. Ona görə mitinqlər hər zaman aktual və gözlənilən idi. Yıxacaqlar, aşırdacaqlar Paşinyanı. Bu an məsələsidir. Heç deyim, proses uzun da çəkməyəcək. Özü qaçacaq. Yəni, elə təpəri də yoxdur ki, müqavimət göstərsin. Mitinqdəki elektoratın kəmiyyəti bir azca artan kimi artıq Paşinyan meydanda olmayacaq. Ermənistan xaosa məhkum və layiqdir. Yaramaz siyasət və qondarma təfəkkürün sonucu budur".
SİA