Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb
19:45 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri iyulun 31-də başa çatıb.
Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğız Respublikasının Baş naziri Adılbek Kasımaliyev və digər rəsmi şəxslər yola saldılar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31