Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?
14:45 SosialAzərbaycan ingilis dili biliyi səviyyəsinə görə dünyanın 117 ölkə və regionu arasında 85-ci yerdə qərarlaşıb.
Bu barədə "Education First" (EF) şirkətinin 2026-cı il üzrə İngilis Dili Bilik İndeksində (EF EPI) qeyd olunub. İndeks dövlət dili ingilis olmayan ölkələrdə bu dilin daşıyıcılarının sayı və bu dildə danışıq səviyyələrini müəyyənləşdirib.
Reytinqdə Azərbaycanın göstəricisi 451 bal təşkil edib.
Reytinqdə qonşu dövlətlərdən Gürcüstan 32-ci, Rusiya 49-cu, Türkiyə 66-cı, İran isə 78-ci yerdədir.
EF EPI 2026 reytinqinin ilk beşliyində Avropa ölkələri yer alıb:
İsveç - 615 bal, Avstriya - 613 bal, Danimarka - 612 bal, Almaniya - 611 bal, Niderland - 609 bal.
İndeksin ən aşağı göstəricilərinə malik ölkələr sırasında Somali 117-ci, Kamboca 116-cı, Kot-d'İvuar 115-ci, Sudan 114-cü yerdə qərarlaşıb. Liviya və Toqo isə 112-ci yeri bölüşür.
Qeyd edək ki, EF EPI 2026 indeksi 117 ölkə və regiondan 2,3 milyon yetkin şəxsin nəticələri əsasında hazırlanıb. İndeks oxuma, yazma, danışma və dinləmə bacarıqlarını qiymətləndirir.