ABŞ-dən vətəndaşlarına Ukrayna ilə bağlı xəbərdarlıq
14:18 DünyaABŞ-nin Ukraynadakı səfirliyi öz vətəndaşlarına müraciət edərək onları Rusiyanın hücumları səbəbindən Ukraynaya səfər etməməyə çağırıb.
Bu barədə "European Pravda" nəşri səfirliyin bəyanatına istinadən məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, ABŞ Dövlət Departamenti Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar vətəndaşlarına Ukraynaya səfər etməməyi tövsiyə edir.
"Rusiyanın raket və pilotsuz uçuş aparatları ilə hücumları Ukraynanın bütün regionlarına təsir etməkdə davam edir. Zərbələr istənilən vaxt, məhdud xəbərdarlıqla və ya ümumiyyətlə xəbərdarlıq edilmədən endirilə bilər", - deyə bəyanatda bildirilib.
Diplomatik nümayəndəlik, həmçinin Ukrayna vətəndaşlığına malik 23-60 yaş arası kişilərin, o cümlədən ikili vətəndaşlığı olan şəxslərin ölkədən çıxışına qadağa qoyula biləcəyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00