İsveçrədə dondurulmuş Rusiya aktivlərinin dəyəri 8,5 milyard franka çatıb – ÖZƏL
14:14 DünyaOlaylar.az xəbər verir ki, "Bloomberg" agentliyinin məlumatına görə, İsveçrənin dondurduğu Rusiya aktivlərinin dəyəri yeni bloklamalar və bəzi aktivlərin qızıl ifadəsində bahalaşması nəticəsində 2025-ci ilin aprelindəki 7,4 milyard frankla müqayisədə 15% artaraq 8,5 milyard İsveçrə frankına (10,2 milyard dollar) yüksəlib.
Qeyd edək ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra Qərb ölkələri Rusiya Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq edib, Aİ və G7 dövlətləri isə ümumilikdə Rusiya aktivlərinin təxminən 300 milyard avrosunu dondurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00