Əli Əsədov Boçorişvili ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə ikitərəfli əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib.

Nazirlər Kabinetinin Mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin mehriban qonşuluq və strateji tərəfdaşlıq ruhunda ardıcıl şəkildə möhkəmləndiyi vurğulanıb.

Son dövrdə qarşılıqlı səfər və görüşlərin intensivləşməsi iki ölkə arasında əlaqələrin yüksək səviyyəsinin, eləcə də əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı marağın göstəricisi kimi qiymətləndirilib.

Tərəflər ticarət-iqtisadiyyat, investisiya, nəqliyyat-tranzit, enerji, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini nəzərdən keçiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00