İran ABŞ-nin blokadasını hərbi yolla yarmaq imkanını nəzərdən keçirir – ÖZƏL
14:43 DünyaOlaylar.az xəbər verir ki, Müharibəni Araşdırmalar İnstitutunun (ISW) "Critical Threats Project" ilə birgə hesabatına əsasən, ABŞ blokadası fonunda yaranmış iqtisadi çətinliklər İran rəhbərliyini döyüş əməliyyatları variantını dəyərləndirməyə məcbur edir. Bildirilir ki, Tehran zərbələrin dəqiqliyini artırmaq və raketlərin ələ keçirilməsini çətinləşdirmək üçün mövcud mühərrik və döyüş hissəsi texnologiyalarını birləşdirən "hibrid" ballistik raketlər hazırlayır. Bundan əvvəl "CNN" telekanalı kəşfiyyat məlumatlarına istinadla İranın ABŞ rəsmilərinə qarşı sui-qəsd planları üzərində işlədiyini iddia etmişdi.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrandakı hədəflərə zərbələr endirməsi və İranın cavab hücumlarından sonra yaranmış nisbi sakitliyə baxmayaraq, münaqişə həll olunmamış qalır və döyüşlərin bərpa olunması riski var.