“Azərbaycan ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı mühüm nəticələr əldə edib”

"Şübhəsiz ki, cənab Prezidentin bu günə qədər yürütdüyü siyasət Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün kifayət qədər geniş imkanlar yaradır. Prezident İlham Əliyevin həyata keçirdiyi çox vektorlu siyasət nəticəsində ölkəmiz 2018-ci il ərzində məhz özünün ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı bir sıra mühüm nəticələr əldə edib". Bu fikirləri  siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, bu nəticələr sırasına NATO-nun zirvə toplantısının qətnaməsində ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, Avropa İttifaqı ilə paraflanan sənəddə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, eyni zamanda Avropa Parlamentinin qəbul etdiyi son qərarda ölkəmizin ərazi bütövlüyü ilə bağlı birmənalı fikrin ifadə olunması da bura aiddir.

Onun sözlərinə görə, əldə olunan uğurlar şübhəsiz ki, Azərbaycan Prezidentinin şəxsi nüfuzundan qaynaqlanan amillərdir.

E.Mirzəbəyli qeyd edib ki, bununla yanaşı MDB məkanında da ölkəmiz mühüm bir sıra uğurlu diplomatik addımlar atıb: "Bu özünü Azərbaycan-Rusiya münasibətlərində qabarıq şəkildə özünü biruzə verir. Eyni zamanda Azərbaycan-Belarus, Azərbaycan - Qazaxıstan münasibətlərində inkişaf və qarşılıqlı etimad mühitinin yüksək səviyyəyə çatdırılması nəticə etibarilə Ermənistanı KTMT-də tək qoyub, küncə sıxışdırıb. Bütün bunlar Dağlıq Qarabağın həlli üçün geniş imkanlar yaradır. Təbii ki, cənab Prezident bu amilləri, eyni zamanda ölkəmizin gündən-günə artan hərbi gücünü, iqtisadi potensialını nəzərə alaraq "Rossiya-24" kanalına müsahibəsində bildirdib ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində müsbət irəliləyişlər olacaq".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31