2018-ci il jurnalistika sahəsində də uğurlu il olub
Əli Həsənov: “Jurnalist adından sui-istifadə edib jurnalistikanı hörmətdən salan şəxslərlə mübarizə bundan sonra da davam edəcək” Başa çatmaqda olan 2018-ci il də Azərbaycan üçün bütün istiqamətlərdə uğurlu olub. İstər siyasi, istər iqtisadi, istərsə də mədəni və sosial sahələrdə qazanılan nailiyyətlər fonunda bütün bunları aydın görmək mümkündür.
27 Dekabr 2018 13:29 SiyasətƏli Həsənov: "Jurnalist adından sui-istifadə edib jurnalistikanı hörmətdən salan şəxslərlə mübarizə bundan sonra da davam edəcək"
Başa çatmaqda olan 2018-ci il də Azərbaycan üçün bütün istiqamətlərdə uğurlu olub. İstər siyasi, istər iqtisadi, istərsə də mədəni və sosial sahələrdə qazanılan nailiyyətlər fonunda bütün bunları aydın görmək mümkündür.
2018-ci il dövlətçilik tariximiz üçün də bir sıra mühüm hadisələrlə yadda qaldı. Bu hadisələr sırasında ən yadda qalanı isə Azərbaycan Xalq Cümhuriyətinin elan edilməsinin 100 illiyinin dövlət səviyyəsində geniş şəkidə qeyd edilməsi oldu. Onu da qeyd edək ki, hazırda da Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illiyi ilə bağlı həm ölkə daxili, həm də ondan kənarda silsilə tədbirlər keçirilir. Cümhuriyyətin 100 illik tarixinin Azərbaycanın sərhədlərindən kənarda da qeyd edildiyini diqqətə çatdıran Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov qeyd edib ki, Xalq Cümhuriyyəti şanlı və şərəfli bir yol keçib: "2018-ci il Azərbaycanda dövlətçilik ili idi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olundu. Cənab Prezidentin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təkcə Azərbaycanda deyil, Azərbaycanın sərhədlərindən kənarda da keçirildi. Bildiyiniz kimi, Azərbaycan dövlətçiliyinin tarixi daha qədimdir. Əlbəttə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi heç də Azərbaycan dövlətinin 100 illiyi demək deyil. Sadəcə olaraq Xalq Cümhuriyyəti tarixinin 100 illiyidir və biz bunu qeyd etməliydik. Çünki bu, Azərbaycanın qürur duyduğu Cümhuriyyət dövrü olub və bu Cümhuryyət Şərq aləmində, İslam dünyasında ilk dünyəvi, çoxpartiyalı parlamentə malik respublika olub, ilk dəfə kişilərlə yanaşı, qadınlara da səsvermə hüququ verib. Bizim bu Cümhuriyyətlə öyünməyə haqqımız var".
Əli Həsənov vurğulayıb ki, 2018-ci il Azərbaycan üçün daha bir əlamətdar hadisə ilə də yadda qaldı: "Avropa İttifaqının, dünya ölkələrinin reallaşdıra bilmədiyi NABUCCO marşrutunun əvəzində Azərbaycanın və Türkiyənin liderliyi ilə "Cənub Qaz Dəhlizi" layihəsi həyata keçirildi. 2020-ci ildən bu kəmər tam işə düşəcək, Azərbaycanın 100 illərlə ölçülən maraqlarını təmin edəcək. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ötən il istifadəyə verilsə də, dəmir yolu boyunca əsas tərəfdaş ölkələrlə yük daşımaları ilə bağlı sazişlərin imzalanması bu ilin təsadüf etdi. Bu il Azərbaycan özünün üçüncü kosmik addımını atdı və növbəti peyki orbitə buraxıldı. Bu da ölkəmizin dünyada nüfuzuna müsbət mənada ciddi təsir göstərir".
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi onu da qeyd edib ki, 2018-ci il jurnalistika sahəsində də uğurlu il olub, jurnalistikamız inkişaf edib, yeni saytlar yaradılıb, mövcud saytların xarici dillərdə variantları yaradılıb. Əli Həsənov onu da diqqətə çatdırıb Azərbaycan mediası, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi hər zaman dövlətin və dövlət başçısının diqqət mərkəzində olub: "Mətbuat Şurası sağlam mətbuatla əlaqələrini intensivləşdirib. Sevindirici haldır ki, bu il reket jurnalistika ilə mübarizəyə hüquq-mühafizə orqanları da qoşulub. Düşünürəm ki, bu da Azərbaycan jurnalistikasının təmizlənməsinə, neqativ halların aradan qalxmasına səbəb olacaq. Jurnalist adından sui-istifadə edib jurnalistikanı hörmətdən salan şəxslərlə mübarizə bundan sonra da davam edəcək".
Məhəmməd