Gündəm
İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu başlayıb
Rusiya: AŞ-dan çıxmağımız istisna deyil
"Siyasi şoulardan çəkinmək lazımdır"
BNA dumanlı havayla bağlı sürücülərə müraciət etdi
Məlum olduğu kimi yanvarın 21-i səhər saatlarından Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə edilməkdədir.
"Azərbaycan-Rusiya münasibətləri Rusiyadakı erməni lobbisini narahat edir"
Və erməni rəhbərliyinin balanslaşdıra bilmədiyi xarici siyasət səbəbilə Ermənistan-Rusiya münasibətləri mənfiyə doğru irəliləyir
"Bu gün xalq cənab Prezidenti dəstəkləyir"
"Ümumiyyətlə, bütün Azərbaycan vətəndaşlarına bərabər hüquq verilib. Bu gün artıq müxalifətin ən böyük taktikası, arzusu ondan ibarətdir ki, ajiotaj yaratmaqla nəsə əldə etməkdir. Çünki xalq tərəfindən bunlara dəstək olmur. Onlara ancaq havadarları dəstək olur". Bunu Yeni Azərbaycan Partiyasi Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
"Bütün aktorlar Ermənistanı konstruktiv danışıqlara yönəltməlidir”
Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Həbsdə olan bloqqer Mehman Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Yanvarın 20-də imzalanmış müraciətdə deyilir: “Hörmətli cənab Prezident,
Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Yanvarın 21-də Milli Məclisin Sədri Oqtay Əsədov Səudiyyə Ərəbistanının Şura Məclisinin ölkəmizlə parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əl-Şəhrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən “Olaylar”a bildirilib ki, spiker qeyd edib ki, Səudiyyə Ərəbistanı bütün dünya müsəlmanlarının görüşdüyü bir məkandır. Xalqımızın qəlbində bu məkanın xüsusi yeri vardır.
Radikal müxalifətin növbəti uğursuzluğu
Azərbaycanın radikal siyasi düşərgəsi yenidən ölkədə xaos, anarxiya yaratmaq məqsədilə ənənəvi mitinq şousundan istifadə etdi. Yanvarın 19-da “Məhsul” stadionuna toplaşan radikal müxalifətçilər xeyli müddət bu aksiyaya hazırlaşmalarına rəğmən yenə də öz istəklərinə, eləcə də onların Avropadakı ağalarının məqsədlərinə nail ola bilmədilər. Ümumxalq mitinqi kimi qələmə verdikləri aksiyaya heç 3 min nəfər toplaya bilmədilər ki, bu da radikal siyasi düşərgənin kifayət qədər zəif, elektoratsız olduğunu bir daha ortaya qoydu. Mitinq iştirakçılarının sayına gəlincə, rəsmi rəqəmlərdən aydın oldu ki, radikal müxalifətin mitinqində cəmi 2800 nəfər iştirak edib.
AntiAzərbaycan qüvvələr Rusiyada fəallaşıblar
Ölkəmizlə ultimatum dilində danışanlar erməni lobbisinin təsiri altına düşüblər Azərbaycanla Rusiya arasında siyasi və diplomatik münasibətlər tarix boyu mövcud olub, bu gün də davam etməkdədir. Belə ki, qonşu dövləti siyasi, iqtisadi, mədəni əlqələr bir-birinə daha da yaxınlaşdırır. Təəssüf ki, Rusiyada bəzi qüvvələr iki ölkə arasındakı əlaqələrin inkişafında maraqlı deyil, üstəlik mövcud əməkdaşlığa zərbə vurmaq yolu tutub. Maraqlı məqam ondan ibarətdir ki, belə niyyətdə olanlara Rusiyanın xarici siyasətini müəyyən edən dövlət orqanında da rəst gəlinir. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, erməni mənşəli Rusiya vətəndaşları Azərbaycana buraxılmır və xanım diplomat bunu Rusiya vətəndaşlarının hüquqlarının pozulması kimi qiymətləndirib.
Qarabağ probleminin həlli üçün erməni rəhbərliyinə təzyiq mütləqdir
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir neçə gün əvvəl Parisdə baş tutan görüşü 2019-cu ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində atılan ilk diplomatik addım olsa da, lakin görüşün nəticələri gözlənildiyi qədər də uğurlu olmadı. Xarici siyasət idarəsi rəhbərlərinin Paris danışıqlarından əldə edilən nəticə ondan ibarət oldu ki, Azərbaycan və Ermənistan xalqı sülhə hazır edilməlidir. Əslində bu da yeni bir şey deyil. Çünki həmsədrlər mütəmadi olaraq belə bir cəfəng fikirləri gündəmə gətirirlər ki, guya xalqlar sülhə meyilli deyil. Ancaq reallıq ondan ibarətdir ki, torpaqlarının 20 faizinin işğala məruz qalmasına baxmayaraq Azərbaycan tərəfi hələ də sülh danışıqlarına meyillidir və problemin diplomatik yolla həllinə tərəfdardır. Sülhə maraqlı olmayan tərəf isə yalnız və yalnız Ermənistandır. Ona görə də ekspertlər hesab edirlər ki, vasitəçi dövlətlər, eyni zamanda beynəlxalq təşkilatlar ilk növbədə Ermənistana təzyiq etməlidirlər.


.jpg)

.jpg)

.jpg)







