Paşinyanın həyat yoldaşı ilə bağlı cinayət işi açıldı

Ermənistan Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın təhdid edilməsi ilə bağlı cinayət işi açılıb.

Olaylar xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

İstintaq Komitəsi bildirib ki, informasiya və ya kommunikasiya texnologiyalarından istifadə edilməklə xuliqanlıq edilməsi faktı üzrə cinayət işi başlanıb. Həmçinin qeyd edilib ki, A.Akopyanı təhdid edən həmin şəxslə bağlı zorakılığa açıq çağırışlar etmə maddəsi üzrə başqa bir cinayət işi də mövcuddur. Həmin iş üzrə barəsində həbs qətimkan tədbiri seçilib və o axtarışa verilib.

Xatırladaq ki, Anna Akopyan bundan əvvəl sosial mediada paylaşdığı videoda ailədaxili zorakılıqla bağlı səsləndirdiyi fikirlərdən sonra təhdidlər aldığını açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31