AntiAzərbaycan qüvvələr Rusiyada fəallaşıblar
Ölkəmizlə ultimatum dilində danışanlar erməni lobbisinin təsiri altına düşüblər Azərbaycanla Rusiya arasında siyasi və diplomatik münasibətlər tarix boyu mövcud olub, bu gün də davam etməkdədir. Belə ki, qonşu dövləti siyasi, iqtisadi, mədəni əlqələr bir-birinə daha da yaxınlaşdırır. Təəssüf ki, Rusiyada bəzi qüvvələr iki ölkə arasındakı əlaqələrin inkişafında maraqlı deyil, üstəlik mövcud əməkdaşlığa zərbə vurmaq yolu tutub. Maraqlı məqam ondan ibarətdir ki, belə niyyətdə olanlara Rusiyanın xarici siyasətini müəyyən edən dövlət orqanında da rəst gəlinir. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, erməni mənşəli Rusiya vətəndaşları Azərbaycana buraxılmır və xanım diplomat bunu Rusiya vətəndaşlarının hüquqlarının pozulması kimi qiymətləndirib.
21 Yanvar 2019 14:43 SiyasətÖlkəmizlə ultimatum dilində danışanlar erməni lobbisinin təsiri altına düşüblər
Azərbaycanla Rusiya arasında siyasi və diplomatik münasibətlər tarix boyu mövcud olub, bu gün də davam etməkdədir. Belə ki, qonşu dövləti siyasi, iqtisadi, mədəni əlqələr bir-birinə daha da yaxınlaşdırır. Təəssüf ki, Rusiyada bəzi qüvvələr iki ölkə arasındakı əlaqələrin inkişafında maraqlı deyil, üstəlik mövcud əməkdaşlığa zərbə vurmaq yolu tutub. Maraqlı məqam ondan ibarətdir ki, belə niyyətdə olanlara Rusiyanın xarici siyasətini müəyyən edən dövlət orqanında da rəst gəlinir. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, erməni mənşəli Rusiya vətəndaşları Azərbaycana buraxılmır və xanım diplomat bunu Rusiya vətəndaşlarının hüquqlarının pozulması kimi qiymətləndirib.
Birmənalı şəkildə qeyd etmək olar ki, Rusiya XİN-in belə açıqlamaları bu ölkədəki erməni lobbisinin Rusiya-Azərbaycan əlaqələrindən narahatlığının nəticəsidir. Görünür son vaxtlar Ermənistan-Rusiya əlaqələrində ciddi problemlərin yaranması və bunun əksinə olaraq Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişafı Rusiya XİN-də bəzilərini çox ciddi narahat edir. Belə şəxslərdən biri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovadır ki, dəfələrlə "xanım" siyasətçi iki ölkə arasındakı münasibətlərə xələlə gətirən bəyənatların müəllifi kimi tanınır. M.Zaxarova Rusiya-Azərbaycan münasibətlərinə kölgə sala biləcək açıqlamaları ilə kifayətlənməyərək açıq-aşkar şəkildə Ermənistanın maraqlarından çıxış etməkdən belə çəkinmir. Bu isə ona dəlalət edir ki, Rusiya XİN dəki ermənipərəst şəxslər artıq narahatlıqlarını gizlədə bilmir və bu tipli təxribat xarakterli əməllərə əl atırlar.
Məsələyə Azərbaycanın xarci siyasət idarəsi biganə qalmayaraq mövqeyini açıqlayıb. Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin mətbuat xidməti bəyan edib ki, Azərbaycan və Rusiya bərabərhüquqlu suveren dövlətlərdir, Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir və diplomatik etik qaydalara tamamilə ziddir: "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən məsələ ilə əlaqədar verilən şərhlərin tərzi Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi açıqlamaya tam adekvat idi. Bir daha bildiririk ki, yalnız 2018-ci il ərzində 880.000 nəfərdən artıq Rusiya vətəndaşı Azərbaycan Respublikasına səfər edib və onların mütləq əksəriyyəti bu səfərdən razı qalıb, göstərilən qonaqpərvərliyə görə təşəkkürlərini ifadə ediblər. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bu məsələ ilə bağlı anlaşılmaz inadkarlığı başa düşülən deyil, Azərbaycan-Rusiya strateji əlaqələrinin mahiyyətinə ziddir. Həmçinin Azərbaycan və Rusiya prezidentlərinin iki ölkə arasında əlaqələrin inkişafı üçün nümayiş etdirdiyi iradə və gördükləri işlərlə heç bir halda uzlaşmır. Bir daha bildiririk ki, Rusiya XİN-in mətbuat xidməti tərəfindən atılacaq addımlara mütənasib olaraq Azərbaycan tərəfindən də adekvat tədbirlərin görülməsi müəyyən ediləcək".
Yeri gəlmişkən xatırladaq ki, Rusiyanın rəsmi şəxsləri tərəfindən belə qərəzli fikirlərin səsləndirilməsi məqsədli şəkil daşıyır. Rusiyanın "Express qazeta" qəzetində çıxan anti-Azərbaycan xarakterli material, erməni əsilli Rusiya vətəndaşlatının Azərbaycana buraxılmaması mövzusunun qabardılmasını heç də təsadüfi hesab etmək olmaz. Bu fakt deməyə əsas verir ki, hansısa antiAzərbaycan dairələri öz təsirləri altında olan Rusiyanın rəsmi orqanları və kütləvi informasiya vasitələri ilə ölkəmizə qarşı təzyiq vasitəsindən istifadə etmək niyyətinə düşüb. Azərbaycanın öz inkişafına görə regionun lider dövləti olması, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi mərkəz kimi tanınması, həmçinin müstəqil siyasət həyata keçirməsi xaricdəki ermənipərəst, anti-Azərbaycan dairələri ciddi narahat edir. Bunu həzm edə bilməyən, ölkəmizin uğurlarına qısqanclıqla yanaşan həmin dairələr Azərbaycanı müstəqil inkişaf yolundan sapdırmaq üçün hər cür vasitələrə əl atırlar.Təsadüfi deyil ki, ölkəmizə qarşı təxribatçı fikirlər sorosçuların Ermənistanda hakimiyyətə gəlməsi ilə əlaqədar Rusiya-Ermənistan münasibətlərinin pozulması fonunda baş verir.
Çox təəssüf ki, Rusiya XİN in bu mövqeyi Rusiya ilə Azərbaycan arasında formalaşmış yüksək səviyyəli əlaqələrin, habelə iki dövlət başçısının bu əlaqələri daha da inkişaf etdirmək istiqamıtində iradəsinin və atdığı addımların ruhuna uyğun deyil. Digər tərəfdən, siyasət aləmində yaxşı pis ad çıxarmış şəxslər niyə dərk etmək istəmirlər ki, Azərbaycanla uitimatum dilində danışmaq mümkün deyil. Azərbaycan artıq dünyanın siyasi mənzərəsinə düzən verən ölkəyə çevrilib, dünyanın qlobal problemlərinin həll olunduğu məkana çevrilib. Bu işdə Rusiya ilə Azərbaycan tərəfdaş dövlət kimi çıxış etməklə strateji mettəfiqliklərini davam etdirilər. Bütün sadalananlara baxmayaraq nə M.Zaxarovanın, nə də ki, digər anti-Azərbaycan qüvvələrinin bu kimi açıqlamaları Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirə bilməz.
Alim