Radikal müxalifətin növbəti uğursuzluğu
Azərbaycanın radikal siyasi düşərgəsi yenidən ölkədə xaos, anarxiya yaratmaq məqsədilə ənənəvi mitinq şousundan istifadə etdi. Yanvarın 19-da “Məhsul” stadionuna toplaşan radikal müxalifətçilər xeyli müddət bu aksiyaya hazırlaşmalarına rəğmən yenə də öz istəklərinə, eləcə də onların Avropadakı ağalarının məqsədlərinə nail ola bilmədilər. Ümumxalq mitinqi kimi qələmə verdikləri aksiyaya heç 3 min nəfər toplaya bilmədilər ki, bu da radikal siyasi düşərgənin kifayət qədər zəif, elektoratsız olduğunu bir daha ortaya qoydu. Mitinq iştirakçılarının sayına gəlincə, rəsmi rəqəmlərdən aydın oldu ki, radikal müxalifətin mitinqində cəmi 2800 nəfər iştirak edib.
21 Yanvar 2019 14:49 SiyasətAzərbaycanın radikal siyasi düşərgəsi yenidən ölkədə xaos, anarxiya yaratmaq məqsədilə ənənəvi mitinq şousundan istifadə etdi. Yanvarın 19-da "Məhsul" stadionuna toplaşan radikal müxalifətçilər xeyli müddət bu aksiyaya hazırlaşmalarına rəğmən yenə də öz istəklərinə, eləcə də onların Avropadakı ağalarının məqsədlərinə nail ola bilmədilər. Ümumxalq mitinqi kimi qələmə verdikləri aksiyaya heç 3 min nəfər toplaya bilmədilər ki, bu da radikal siyasi düşərgənin kifayət qədər zəif, elektoratsız olduğunu bir daha ortaya qoydu. Mitinq iştirakçılarının sayına gəlincə, rəsmi rəqəmlərdən aydın oldu ki, radikal müxalifətin mitinqində cəmi 2800 nəfər iştirak edib. Aksiya iştirakçıları sırasında asayiş keşikçiləri, polis əməkdaşları, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrinin də olduğunu nəzər alsaq, onda belə nəticəyə gəlmək olar ki, radikalların mitinqində heç 2000 nəfər belə iştirak etməyib. Bu fakt da bir daha sübut edir ki, radikal müxalifətin heç bir elektoratı yoxdur. Onların səsisnə səs verən məhdud sayda insanlar isə partiya liderlərinin yaxın ətrafı, qohum-əqrəbası və pulla aksiyaya cəlb edilənlərdir. Bu bir danılmaz faktdır ki, radikallar hər mitinq ərəfəsində iştirakçıları "Məhsul" stadionuna müəyyən maddiyat qarşılığında toplaya bilirlər. Keçmiş təcrübə də belə deməyə əsas verir. Ancaq görünür artıq radikalların mitinqə pul gücünə adam toplamaq cəhdləri də səmərə vermir. Əgər belə olmasaydı 19 yanvar mitinqində təşkilatçılar ən azı "Məhsul "stadionunu yarıya qədər doldura bilərdilər. Ancaq müxalifəti onu belə bacara bilmədi. Bu faktın özü də onu deməyə əsas verir ki, Azərbaycan cəmiyyəti artıq radikal siyasi düşərgəyə heç bir etibar etmir, onlara etimad göstərmir. Əks təqdirdə cəmiyyət müxalifətin səsinə səs verədi. Bunun başlıca səbəbi isə radikalların cəmiyyətə heç nə vəd edə bilməməsi, yenilikdən uzaq olmasıdır. Hələ də radikal siyasi düşərgə 90-cı illərin meydan eyforiyasından ayrıla bilməyib. Mafoslu çıxışlar, yersiz fikirlər, ittiham və iradlar.
Radikal siyasi düşərgənin 19 yanvar mitinqində diqqət çəkən məqamlardan biri də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həmişəki kimi özünü müxalifətin lideri kimi qələmə vermək cəhdi oldu. Mitinq boyunca müxalifətin şəriksiz lideri görüntüsünü yaradan Əli Kərimlinin bu yersiz hərəkəti heç şübhəsiz ki, aksiyaya qoşulan digər siyasiləri razı sala bilməzdi. Təsadüfi deyil ki, elə mitinqdən dərhal sonra aksiyaya dəstək verən REAL-çılar tərəfindən sosial şəbəkələrdə belə bir fikir formalaşdırılmağa çalılşıldı ki, 19 yanvar mitinqinin əvvəlkilərdən fərqli kütləvi xarakter almasına məhz adıçəkilən təşkilatın dəstək verməsi səbəb olub. Göründüyü kimi, müxalifət arasında hələ də uzun illərdən bəri davam edən bir-birini qəbul etməmək, özünü ana müxalifət kimi qələmə vermək mübarizəsi davam edir. Elə bu amil də cəmiyyətin radikal siyasi düşərgəyə dəstək verməməsini şərtləndirən amillərdəndir. Cəmiyyət, Azərbaycan xalqı açıq şəkildə görür ki, bir neçə partiya rəhbərliyi belə bir araya gəlib ortaq mövqedən çıxış edə bilmir. Allah göstərməmiş, bu qüvvələr hakimiyyətə gəldiyi təqdirdə hansı oyunlardan çıxacaq, Azərbaycanı hansı fəalkətlərlə üz-üzə qoyacaqlar. Ona görə də bu kimi amillər radikal siyasi düşərgəni getdikcə zəıflədir, onu elektoratsız qoyur. Nəticə göz qabağındadır.
25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri yenidən təkrarlandı. Digər tərəfdən 10-a yaxın adam çıxış etməsinə baxmayaraq, heç bir real təklif səslənmədi, konstruktiv ideya irəli sürülmədi. Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakının nəzərə çarpmaması da radikal siyasi düşərgənin zəif, elektoratsız olduğundasn xəbər verir.
Sonda onu da qeyd edək ki, 19 yanvar uğursuzluğunu ört-basdır etmək üçün radikallar yenidən mitinq keçirmək qərarına gəliblər. Çünki Avropadakı ağalarının Azərbaycanda siyasi sabitliyi pozmaq məqsədilə onlara ayırdığı pulun artıq hesabı sorulur. Həmin hesabı isə təbii ki, bu kimi mitinq şouları ilə vermək istəyirlər.
Füzuli