Rusiya: AŞ-dan çıxmağımız istisna deyil

Rusiya Avropa Şurası ilə münasibətlərin inkişafı üçün bütün variantları, o cümlədən qurumu tərk etməyi nəzərdən keçirir.

Bu sözləri Rusiyanın Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko deyib.

"Bizim üçün siyasi motivli diskriminasiya qəbuledilməzdir. Bu gün biz mümkün fəaliyyətlərimiz baxımından bütün imkanları, o cümlədən Avropa Şurasından çıxmaq imkanını nəzərimizdən keçiririk", - diplomat bildirib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31