"Azərbaycan-Rusiya münasibətləri Rusiyadakı erməni lobbisini narahat edir"

Və erməni rəhbərliyinin balanslaşdıra bilmədiyi xarici siyasət səbəbilə Ermənistan-Rusiya münasibətləri mənfiyə doğru irəliləyir

Və erməni rəhbərliyinin balanslaşdıra bilmədiyi xarici siyasət səbəbilə Ermənistan-Rusiya münasibətləri mənfiyə doğru irəliləyir

"Erməni əsilli  vətəndaşları ölkəyə buraxmamaq Azərbaycanın ən təbii haqqıdır. Bu sadəcə Rusiya vətəndaşlarına tətbiq edilən qayda deyil. Hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq heç bir erməni əsilli şəxs Azərbaycana buraxılmır. Erməni lobbisi hər zaman xaricdə yaşayan ermənilərlə sıx əlaqə saxlayır və lobbi erməni iş adamları tərəfindən güclü şəkildə maliyyələşdirilir. Bu adamların əsas məqsədi isə Azərbaycanda terror, xaos yaratmaq, inkişafın qarşısını almaqdır. 2009-cu ildə Neft Akademiyasında baş verən terror hadisəsini xatırlayaq. İcraçı fərqli millətdən olsa da sifarişçi erməni lobbisi və dəstəkçiləri idi. Azərbaycan tolerant ölkədir, lakin ölkəmizin təhlükəsizliyi bizim üçün hər şeydən üstündür. Mariya Zaxarovanın erməni əsilli rus vətəndaşlarının Azərbaycana buraxılmaması ilə bağlı verdiyi açıqlama isə əsassızdır".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kənan Paşayev deyib.

O bildirib ki, bu Zaxarovanın Azərbaycan əleyhinə etdiyi ilk çıxış deyil: "Azərbaycan-Rusiya münasibətləri sürətlə inkişafedir. Üstəlik erməni rəhbərliyinin balanslaşdıra bilmədiyi xarici siyasət səbəbilə Ermənistan-Rusiya münasibətləri mənfiyə doğru irəliləyir. Görünür ki, bütün bunlar Rusiyadakı bir sıra ermənipərəst dövlət nümayəndələrini və dəstək aldıqları erməni lobbisini qəti narahat edir.

Azərbaycanda Rusiya vətəndaşlarının hüquqlarının pozulmasından söhbət belə gedə bilməz. Rusiya vətəndaşları Azərbaycana rahat şəkildə səyahət edə, istədikləri təqdirdə bizim ölkənin vətəndaşlığını qəbul edə, burada çalışa və istədiyi kimi yaşaya bilər. Bunun üçün onlara qanun çərçivəsində heç bir məhdudiyyət qoyulmur."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31