Qarabağ probleminin həlli üçün erməni rəhbərliyinə təzyiq mütləqdir
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir neçə gün əvvəl Parisdə baş tutan görüşü 2019-cu ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində atılan ilk diplomatik addım olsa da, lakin görüşün nəticələri gözlənildiyi qədər də uğurlu olmadı. Xarici siyasət idarəsi rəhbərlərinin Paris danışıqlarından əldə edilən nəticə ondan ibarət oldu ki, Azərbaycan və Ermənistan xalqı sülhə hazır edilməlidir. Əslində bu da yeni bir şey deyil. Çünki həmsədrlər mütəmadi olaraq belə bir cəfəng fikirləri gündəmə gətirirlər ki, guya xalqlar sülhə meyilli deyil. Ancaq reallıq ondan ibarətdir ki, torpaqlarının 20 faizinin işğala məruz qalmasına baxmayaraq Azərbaycan tərəfi hələ də sülh danışıqlarına meyillidir və problemin diplomatik yolla həllinə tərəfdardır. Sülhə maraqlı olmayan tərəf isə yalnız və yalnız Ermənistandır. Ona görə də ekspertlər hesab edirlər ki, vasitəçi dövlətlər, eyni zamanda beynəlxalq təşkilatlar ilk növbədə Ermənistana təzyiq etməlidirlər.
21 Yanvar 2019 14:41 SiyasətAzərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir neçə gün əvvəl Parisdə baş tutan görüşü 2019-cu ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində atılan ilk diplomatik addım olsa da, lakin görüşün nəticələri gözlənildiyi qədər də uğurlu olmadı. Xarici siyasət idarəsi rəhbərlərinin Paris danışıqlarından əldə edilən nəticə ondan ibarət oldu ki, Azərbaycan və Ermənistan xalqı sülhə hazır edilməlidir. Əslində bu da yeni bir şey deyil. Çünki həmsədrlər mütəmadi olaraq belə bir cəfəng fikirləri gündəmə gətirirlər ki, guya xalqlar sülhə meyilli deyil. Ancaq reallıq ondan ibarətdir ki, torpaqlarının 20 faizinin işğala məruz qalmasına baxmayaraq Azərbaycan tərəfi hələ də sülh danışıqlarına meyillidir və problemin diplomatik yolla həllinə tərəfdardır. Sülhə maraqlı olmayan tərəf isə yalnız və yalnız Ermənistandır. Ona görə də ekspertlər hesab edirlər ki, vasitəçi dövlətlər, eyni zamanda beynəlxalq təşkilatlar ilk növbədə Ermənistana təzyiq etməlidirlər. Elə müstəqil ekspert Kənan Paşayev də belə düşünür. O, bildirib ki, Azərbaycan və Ermənistan xalqlarının sülhə hazırlanması Qarabağ probleminin həllində müsbət heç nə vəd etmir. Onun sözlərinə görə, hər iki millətin psixologiyası bir-biri ilə sülh şəraitində yaşamaq üçün formalaşmayıb: "Bundan əlavə bu günkü reallığı nəzərə alsaq heç erməni rəhbərliyi də sülh müqaviləsi bağlamağa hazır deyil. Hazırda erməni baş nazirin qarşısında yetəri qədər həllini gözləyən daxili problemlər var. Hökümətin tərkibində onun əleyhinə çox güclü müxalifət formalaşıb. Ordunun tərkibində də kifayət qədər narazı generallar var. Nikol Paşinyanın ən böyük problemlərindən biri də hazırda Qarabağ erməniləri ilə arasında olan ziddiyətlərdir. Qarabağ ermənilərinin erməni hakimiyyətinə qarşı hazırki münasibətini nəzərə alsaq, Paşinyan Qarabağ probleminin həlli üçün hər hansı bir müsbət addım attıqda aralarındakı ziddiyət daha da dərinləşəcək. Yəni bütün bunlara nəzər saldıqda danışıqlar vasitəsilə Qarabağ probleminin
2019-cu ildə də öz həllini tapmayacağını demək olar. Güc yolu isə problemin həllində hər zaman alternativ üsul kimi qalacaq. Əslində bu gün rəsmi İrəvanın düşdüyü durum Azərbaycan üçün nadir hallarda yaranan böyük fürsətdir. Azərbaycan rəsmi İrəvanın düşdüyü siyasi böhrandan məharətlə istifadə etməlidir. İndiki vəziyyət rəsmi Bakının Ermənistan rəhbərliyinə həm siyasi həm də hərbi təzyiqi üçün əsl fürsətdir. Hazırda İrəvanın əleyhinə atılmış ən kiçik addım ölkədəki vəziyyəti daha da çətinləşdirə bilər. Ermənistanda siyasi kursun zəifləməsi Qarabağ probleminin həllində böyük rol oynayır. Yalnız bu yolla 2019-cu ildə Qarabağ probleminin həllində irəliləyiş gözləmək olar".
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rıhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki,
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Paris görüşündə xalqları sülhə hazırlamaqla bağlı öhdəliklərdən əlavə, ilkin mərhələdə işğal olunmuş ərazilərin qaytarılması , danışıqların hansı istiqamətdə getdiyi barədə açıqlamalar verilməli idi: "İlk növbədə xalqları sülhə hazırlamaq planı Ermənistana şamil olunmalıdır. Çünki, Azərbaycanın işğal olunmuş əraziləri geri qaytarılarsa, sülh birmənalı şəkildə mümükündür. Ermənistanın ərazilərin qaytarılması ilə bağlı mövqeyi bəlli olmalıdır. Ümumiyyətlə sülhə hazırlamaq kimi manipulyativ danışıqlar Minsk qrupunun planıdır. Konfliktin həlli birbaşa Moskvanın siyasətindən asılıdır. Biz görürük ki, Moskvanın Qarabağla bağlı Azərbaycana siyasəti birmənalı deyil. Məhz xalqların sülhə hazırlanması kimi məsələ ortaya çıxdıqdan sonra Rusiya XİN-nin bu ölkə vətəndaşı olan ermənilərin Azərbaycana buraxılmaması barədə nota və təhdidedici tonda mesajı, birbaşa Qarabağ danışıqlarında Azərbaycanı sülhə hazır olmamaqda göstərməkdir. Bununla, Moskva göstərmək istəyir ki, Azərbaycanda ermənilərə münasibət mənfidir. Bəli, Moskvanın danışıqlara zərbə vuran bu kimi siyasəti davam edir. Ümumiyyətlə, nə qədər ki, Rusiya Ermənistandan çıxarılmayıbsa, diplomatik danışıqlar yolu ilə münaqişənin həllində irəlləyişlər səmərə verməyəcək".
Politoloq deyib ki, Nikol Paşinyanın Qarabağla bağlı siyasətində Qarabağ klanı- Sərkisyan və Koçaryan situasiyanı gözləyir və revanşa qalxa bilər: "Sərksiyanın Respublikaçılar Partiyası bundan istifadə edərək, Nikol Paşinyanı xalq düşməni və torpaqları satmaqda ittiham edərək, orduda onlara bağlı olan hərbiçiləri öz tərəfinə çəkə bilər. Təbii ki, Ermənistan ordusunda Rusiyaya bağlı generallar başda olmaqla. Bundan istifadə edə biləcək əsas qüvvə Rusiya olacaq".
Süleyman