Güc mərkəzinin bir ucü Böyük Britaniya, digər ucu Türkiyədir- ÖZƏL
13:32 Siyasət"Türkiyə və Böyük Britaniya arasında imzalanmış strateji tərəfdaşlıq bəyannaməsi illər öncəsi dediyimiz yeni yaradılması planlanan güc mərkəzinin elanı oldu. Açıq şəkildə bəyan edildi ki, bu güc mərkəzinin bir ucü Böyük Britaniya, digər ucu da Türkiyədir. Nəhayət ki, dediyimiz bu güc mərkəzi rəsmi bəyan edildi. Azərbaycanın da bunda həlledici yer tutduğu mütləqdir". Olaylar xəbər verir ki, bunu ƏHD Partiyası ictimai- siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib: "Məsələ ondadır ki, yaxın müddətə kimi Böyük Britaniyanı(BB) Türkiyənin düşməni hesab edən Türkiyəli analitiklər indi tamamilə ayrı söz danışırlar. Sanki illərdir BB-nın Türkiyənin düşməni hesab edənlər onlar deyildi. Məsələ axırıncı dəfə BB-nın Mİ6 rəhbəri və Türkiyədə səfiri olmuş Riçard Murun Türkiyədə elan etdiyi Suriyada son əməliyyatları Türkiyənin BB ilə birlikdə planladıqlarını elan edəndən sonra üzə çıxmışdı. Bizsə bu əməkdaşlığı hələ 44 günlük müharibə müddətində demişdik. Türkiyəli analitiklərin indi də İran, Rusiya və ABŞ barəsindəki mövqelərindəki yanlışlıqlardır. Türkiyənin ABŞ-ı özünə düşmən seçmələridir, dolayısı və ya birbaşa İsraili. Digər ciddi məsələ Türkiyənin olduğundan güclü göstərilməsidir. İmperiya tarixi olan dövlətlərin hamıya üstdən aşağı baxması sindromu Türkiyədə də mövcuddur. Bu da yanlış mövqe formalaşdırır. Təbii ki, bunlar, bizə görə, qardaş və dost iradlarıdır. Türkiyənin etnik genefondu o qədər qarışıqdır ki, danışanların hansı məqsədi olduğu qaranlıqdır. Ona görə də Türkiyənin konkret mövqeyinin mahiyyəti Azərbaycan siyasi elitasına da aydın olmalıdır. Çünki Azərbaycandan baxanda qardaş Türkiyə siyasi elitasının ruporları burda yanlış fikir formalaşdırırlar ki, bu da strateji anlaşılmazlıq yaradır. Hesab edirəm ki, Azərbaycan və Türkiyə siyasi partiyaları arasında yaxın təmaslar yaradılmalı, qarşılıqlı müzakirələr aparılmalıdır. Bəlkə, onlar mövqelərində haqlıdırlar".