Azərbaycan-Ukrayna münasibətləri tarixən formalaşmış qarşılıqlı rəğbət ənənələrindən qaynaqlanır
12:40 SiyasətAzərbaycan-Ukrayna münasibətləri tarixən formalaşmış, xalqlarımız arasındakı qarşılıqlı rəğbət,hörmət və səmiyyyətdən qaynaqlanır.Bu əsasda Azərbaycan və Ukrayna xalqları arasında tarixin sınağından çıxmış sıx münasibətlər mövcuddur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Ukraynanın nümayəndəliyi olub. Məşhur yazıçımız Yusif Vəzir Çəmənzəminli isə Azərbaycan Xalq Cümhuriyyətini Ukraynada təmsil edən ilk səfir olub.
Hər iki respublika SSRİ-nin tərkibində olduğu dövrdə də Azərbaycan və Ukrayna arasında iqtisadi,mədəni və digər əlaqələr artan xəttlə inkişaf edib və qarşılılı faydalı olub.
SSRİ dağıldıqdan sonra, yeni müstəqil dövlətlər kimi Azərbaycan-Ukrayna münasibətləri daha da genişlənib-dərinləşməyə,hərtərəfli inkişaf etməyə başlayıb.Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il yanvarın 14-də Ukraynaya səfəri ticarət, nəqliyyat, infrastruktur, enerji və enerji təhlükəsizliyi, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, qarşılıqlı investisiyalar, turizmin inkişafı sahələrində birgə layihələrin həyata keçirilməsi, ticarət həcminin iki dəfə artırılması, strateji tərəfdaşlığın inkişafı kimi hədəflərə nail olmaq üçün yeni imkanlar yaratmışdı...Lakin həmin səfərdən sonra bu istiqamətdə ilk addımlar atılmağa başlanandan 1 ay 10 gün sonra 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu ilə XXI əsrin ən qanlı müharibəsi başladı və müharibənin Ukraynaya gətirdiyi problemlərlər səbəbli Azərbaycan-Ukrayna münasibətləri yeni məzmun kəsb etməyə və bu nüans iki istiqamətdə özünü daha qabarq göstrməyə başlayıb:
Birincisi,Rusiya-Ukrayna müharibəsi bir tərəfdən, Azərbaycanın önəmli iqtisadi tərəfdaşları sırasında olan Ukrayna ilə ticari-iqtisadi əlaqələrə təsirsiz ötüşməyib. Bu özünü müharibənin ilk illərində ticarət əlaqələrimizdəki geriləmələrdə daha aydın göstərir.Belə ki,müharibə başlanmazdan əvvəl,yəni 2021-ci ildə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 922 milyon dollar idi.Müharibə başlayandan sonra-2022-ci ildə,yəni bir il ərzində Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 300 milyon dollardan çox və ya 33 faiz azaldı və 618 milyon dollara endi. Lakin son illər Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsində müsbət dinamika tədricən bərpa olunmağa başlayıb.2025-ci ildə Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi özündən əvvlki illə müqayisədə müsbət dinamika nümayiş etdirməklə 513 milyon dolları ötüb,o cümlədən idxal-292,5 milyon dollar və ya idxalımızın 1,2 faizi səviyyəsində,ixrac 221 milyon dollar və ya ixracimizin 0,9 faizi səviyyəsində olub.Bununla belə Ukrayna ilə tucarət dövriyyəmiz Rusiya-Ukrayna müharibəsindən əvvəlki 2021-ci illə müqayisədə 922 milyon dollardan 513 milyon dollara enməklə 409 milyon dollar və ya 44 faiz,o cümlədən idxal üzrə 470 milyon dollardan 292,5 milyon dollara enərək,38 faiz,ixrac üzrə isə 452 milyon dollardan 221 milyon dollara enərək 51 faiz azalıb. 2021-ci ildə Ukrayna ticarət dövriyyəsinin həcminə görə Azərbaycanın ticari əlaqələr qurduğu 188 ölkə arasında 7-ci,idxal üzrə isə 5-ci yeri yeri tuturdusa2025-ci ildə isə ilk onluğa daxil olan ölkələr sırasında deyil.Rəsmi rəqəmlərdən aydın olur ki,Azərbaycanın həm Ukraynaya ixracı, həm də Ukraynadan idxalı azalıb.Bu sahədəki mövcud potensialdan səmərəli istifadə etməklə yaxın illərdə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsini Rusiya-Ukrayna müharibəsindən əvvəlki səviyyəyə,sonra isə 1 milyard dolların üstünə qaldırmaq olar.
İkincisi, Azərbaycanın Ukrayna ilə əlaqələrində ticari-iqtisadi sahədə müəyyən geriləmələr olsa da, digər sahələrdə yeni nüaslar özünü göstərir və bu, Azərbaycanın Ukrayna ilə əlaqələrinin daha da gücləndirilməsi sahəsində nümayiş etdirilən siyasi iradədə,iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun intensivləşməsində və sistemli xarakter almasında(son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi bunun əyani sübutudur),Azərbaycan-Ukrayna münasibətlərində əməkdaşlığın dərinləşib çoxşaxəli strateji tərəfdaşlıq müstəvisinə keçməsində və Azərbaycanın müharibədən ziyan çəkmiş Ukrayna xalqına humanitar yardımının timsalında daha aydın görünür.Humanitar yardımlar sırasında dağıdılmış məktəblərin bərpası, dərman və tibbi ləvazimatlar, generator və transformatorlar və kritik məqamlarda çox zəruri olan istiqamətlərdə edilən yardımlar xüsusi yer tutur. Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri çərçivəsidə Qəbələdə Ukrayna Prezidentinin mətbuata bəyanatlarla çıxışı zamanı bildirdiyi kimi, çox ağır bir dövrdə Ukraynaya enerji sahəsində təchizat və digər həyati əhəmiyyətli sahə və istiqamətlərdə Azərbaycan Azərbaycandan 11 yardım paketini alıb.Beş yüzdən artıq ukraynalı uşağın Azərbaycana gətirilməsi və burada hərtərəfli humanitar dəstəklə təmin edilməsi müharibədən əziyyət çəkən Ukraynaya 30 illik işğalın gətirdiyi fəlakətləri yaşamış Azərbaycan tərəfindən verilən həyati əhəmiyyətli real dəstək sözlə ifadəsi çox çətin olan bir humanizm nümunəsidir.Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinin razılığı olacağı təqdirdə, danışıqlar mərhələsinin Azərbaycanda keçirilməsinə hazır olduğunu bildirib. Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxışında dildirdiyi kimi, "Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir....Bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik...Hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bu gün ətraflı danışıldı və biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik." Azərbaycan Prezidenti əminliyini bildirib ki, Ukrayna Prezidentinin Azərbaycana səfəri Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır.
Əli Məsimli
Milli Məclisin deputatı