"Siyasi şoulardan çəkinmək lazımdır"

"Çox təəssüf edirəm ki, Milli Şura tərəfindən 20 yanvar - Ümumxalq Hüzn Günündə hay-küy yaratmaq, diqqəti özünə cəlb etmək şəhidlərin ruhuna bir hörmətsizlikdir. Təbii ki, bu diqqət mərkəzində olan bir prosesdir. Ona görə də maksimum dərəcədə bəzi siyasi qruplar bundan sui-istifadə edirlər". Bunu  Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.

Fond rəhbərinin sözlərinə görə, onlar bununla özlərinin böyük bir dəstəyə malik olduğunu göstərmək istəyirlər: "Lakin Milli Şura üzvləri bilməlidirlər ki, burada qaydalar mövcuddur. Polis tələblərə uyğun olaraq və anım mərasiminə qatılan vətəndaşların təhlükəsizliyini, nizam intizamı təmin etmək məqsədilə Şəhidlər Xiyabanına keçid norması müəyyənləşdirib və vətəndaşları qrup şəklində buraxır. Şəhidlər Xiyabanına gedən dövlət qurumlarının, ayrı-ayrı təşkilat və müəssisələrin əməkdaşları da məhz bu qaydaya uyğun keçiblər. İstənilən böyük tədbirlərdə o tədbirin idarəedilməsi prosesi baş verir. Polis yalnız bunu həyata keçirməyə çalışırdı. Təhlükəsizliyin qorunması vacib məsələdir. Çünki kütləvi insanlar olan yerdə təhlükəsizlik çox vacibdir. Bu məsələləri siyasiləşdirmək heç də düzgün addım deyildi və əksinə şəhidlərin ruhunu incitmək idi. Belə hallara yolvermək olmaz. Hər bir məsələnin öz yeri var. Siyasi şoulardan çəkinmək lazımdır. Bunun üçün başqa məkan, yer var. Onlar onsuz da yanvarın 19-da keçirdikləri mitinqdə kifayət qədər şou göstərmişdilər".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31