Hörmüz boğazı ilə bağlı danışıqlar davam edir – İran XİN

Tehranda Oman rəsmiləri ilə Hörmüz boğazı ilə bağlı keçirilən danışıqlar bir neçə mərhələdə davam edir.

"Al-Jazeera" telekanalının məlumatına görə, bu barədə İran XİN mətbuat xidməti məlumat yayıb.

XİN-in sözçüsü İsmayıl Bəqayi qeyd edib ki, ötən həftə Tehranda başlayan Oman rəsmiləri ilə danışıqlar davam edir və cümə axşamı da əlavə görüşlər keçirilib.

O eyni zamanda beynəlxalq gəmiçiliyin işində yaranan fasilələrə görə ABŞ və İsrailin hərbi müdaxiləsini əsas amil kimi göstərib.

"Hazırda aydın olan budur ki, Hörmüz boğazı Amerikanın hərəkətləri və bu su yolunda yaratdığı təhlükəsizlik problemləri səbəbindən bağlıdır. Beynəlxalq gəmiçilik yalnız Amerikanın hərəkətləri ucbatından zərər görür" , - deyə Bəqayi ILNA agentliyinə bildirib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31