Sosial
Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan öz müstəqilliyinə qovuşdu
Millət vəkili Eldar İbrahimov bildirib ki, 15 iyun - Qurtuluş günü bizim ən əziz bayramlarımızdan biridir. Ona görə ən əziz bayramdır ki, bütün bayramlar məhz 15 iyundan keçir. Yəni 15 iyun olmasaydı, ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan parçalanacaqdı, dağılacaqdı.
Radar dirəyi ölümə səbəb oldu
İyunun 13-də saat 8 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində Bakı şəhər sakini İntiqam Abbasov idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarında quraşdırılan sürətölçən cihazın (radar) dirəyinə vurub. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində sürücü və sərnişinləri - Bakı şəhər sakini Rusif Eyvazov və Lənkəran rayon sakini Hüseyn Rəhimov xəstəxanaya yerləşdirilib, H.Rəhimov orada ölüb.
Azərbaycanın bu hissəsində yaşamaq təhlükəlidir - RƏSMİ XƏBƏRDARLIQ
"Keyrəki palçıq vulkanı ətrafındakı tikililər sökülməlidir. Orada yaşamaq təhlükəlidir". BunuETSN-nin Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev deyib.
Qüsurlu tarix dərsliyi kimə lazımdır?
Tarixçi-alimlər Tofiq Nəcəfli və Kərəm Məmmədov 10-cu sinif “Ümumi tarix” dərslik layihəsi ilə bağlı irad və təkliflərini təqdim edirlər: İctimai rəyə təqdim olunmuş ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün “Ümumi tarix” fənni üzrə dərslik layihəsində şagirdlərə elmi cəhətdən doğru olmayan, hələ də mübahisəli hesab olunan fikirlər həqiqət kimi təqdim olunmuşdur. Dərslik layihəsinin girişində və “İbtidai icma cəmiyyəti” adlanan 1-ci paraqrafındakı (səh. 7-11) elmi cəhətdən doğru olmayan fikirləri elmi ictimaiyyətin və oxucuların diqqətinə çatdırmağı özümüzə borc bilirik.
Eynək seçərkən nələrə diqqət yetirilməlidir?
Yay fəslinin glişi ilə əlaqədar insanların eynəıklərdən istifadə zərurəti yaranıb. Elə ölkənin ticarət və səyyar satış mərkəzlərində də eynəkləin satışı artıb. Məsələ orasındadır ki, satışa çıxarılan eynəklərin sırasında yerli və xarici istehsal məhsulu var. Lakin onların insan orqanizminə hansı təsir gəstrəcəyi qaranlıq qalır. Nəzərə almaq lazımdır ki, gün eynəklərinin gözə mənfi təsiri sonda faciə ilə nəticələnə bilər.
“Minlərlə insanın gələcəyi təhlükə qarşısında qala bilər”
Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən xeyli sayda vətəndaşın işlərə cəlb edilməsi faktlarını aşkarlayıb.
Tanınmış jurnalistlər “Maşın”a qarşı - “…Səviyyəsiz bir şeydir”
"Aramızda qalsın"ın balaca aktyoru məzun oldu - video
Xidmət sahələri vətəndaşları niyə narazı salırlar?
Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə əhaliyə göstərilən xidmətlərin də sayı genişlənməkdə davam edir. Hazırda ölkə vətəndaşlarına çoxsaylı xidmətlər təklif edilir ki, onların sırasında məişət xidmətləri xüsusilə fərqlənir. Müasir elmi-texniki naliyyətlərin tətbiqi ilə göstərilən xidmətlər insan əməyini yüngülləşdirməklə yanaşı, keyfiyyət baxımından da sərfəlidir. Əl əməyini əvəz edən müasir texnika və kimyəvi maddələri göstərilən xidmətə əlavə təravət verir.
Bir çox sakinlər sadəcə prinsip xatirinə kommunal haqqı ödəmirlər
Nəhayət ki, Azərbaycanda çoxmənzilli binaların idarə edilməsi ilə bağlı qaydalar müəyyənləşdirilib. Bununla əlaqədar Mənzil Məcəlləsində müvafiq dəyişikliklər edilib. Parlamentin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, “Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin məqsədi çoxmənzilli binanın (o cümlədən, kooperativ binanın) idarə edilməsi ilə bağlı mexanizmlərin təkmilləşdirilməsindən, idarəetmədə mənzil mülkiyyətçilərin daha yaxından iştirakının təmin olunmasından ibarətdir.
Binəqədidə “Media və biz” adlı təlim keçirilib
Binəqədi rayonu, Gənclər Evində “Gənclərin ikt inkişafı mərkəzi” adlı layihə çərçivəsində “Media və Biz” adlı təlim keçirilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a daxil olan məlumata görə, keçirilən təlimdə Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, ASGA-nın sədri, 7news/az saytının rəhbəri Səbuhi Abbasov, AMEA-nın elmi işçisi, İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu, BRİH-də təcrübə keçən ASAN könüllüləri, icra nümayəndələrinin, bələdiyyələrin və MKTB-nin adminləri, YAP-nın fəal gəncləri iştirak ediblər.
DİM: Magistraturaya qəbulun II mərhələsi üzrə müsabiqə şərtləri aşağı salınmayıb
Magistraturaya qəbul imtahanının ikinci mərhələsi üzrə müraciətlərə baxılması üçün DİM tərəfindən yaradılmış Apellyasiya Komissiyası öz işini yekunlaşdırıb. DİM-dən verilən məlumata görə, Komissiyada qəbul imtahanının ikinci mərhələsi üzrə müsabiqə şərtlərinin aşağı salınması və tədris dili imtahan verilən dildən fərqli ixtisasların seçilməsinə icazə verilməsi ilə əlaqədar daxil olan çoxsaylı müraciətlərə baxılıb.
Mərkəzi Qan Bankı: Donorlarda ən çox siflis, Hepatit B və Hepatit C infeksiyaları aşkar edilir
“Azərbaycanda donorların qanı 4 xəstəlik - sifilis, QİÇS, Hepatit C və Hepatit B üzrə yoxlanılır. Yoxlamalar nəticəsində donorların 6-7%-nin qanında şübhəli hallar, infeksiyalar aşkarlanır”. Bunu Mərkəzi Qan Bankının direktoru Pərvanə Hacıyeva 14 iyun- Ümumdünya qan donoru günü münasibətlə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda keçirilən tədbirdə deyib.
AMEA – da müsahibə
2017- 2018-ci tədris ilinin qəbul planına uyğun olaraq AMEA-da magistratura təhsilini həyata keçirən elmi müəssisələrdə müvafiq ixtisaslar üzrə yaradılmış müsahibə komissiyaları Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi müddətdə tələb olunan qaydalara uyğun olaraq müsahibənin keçirilməsini təmin edir.
Nazir sosial şəbəkədə şagirdlərə MÜRACİƏT ETDİ
Təhsil naziri Mikayıl Cabbarov “Son zəng” münasibətilə şagirdləri təbrik edib. Nazir sosial şəbəkədə şəxsi hesabında məzunlara arzularını çatdırıb. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adımdan Sizi - məzun olan şagirdləri, onların müəllimləri və valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə ən xoş arzularımı yetirirəm!



.jpg)










