Bir çox sakinlər sadəcə prinsip xatirinə kommunal haqqı ödəmirlər
Nəhayət ki, Azərbaycanda çoxmənzilli binaların idarə edilməsi ilə bağlı qaydalar müəyyənləşdirilib. Bununla əlaqədar Mənzil Məcəlləsində müvafiq dəyişikliklər edilib. Parlamentin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, “Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin məqsədi çoxmənzilli binanın (o cümlədən, kooperativ binanın) idarə edilməsi ilə bağlı mexanizmlərin təkmilləşdirilməsindən, idarəetmədə mənzil mülkiyyətçilərin daha yaxından iştirakının təmin olunmasından ibarətdir.
14 İyun 2017 12:34 SosialElmira Axundova: "Çünki komendanta inanmırlar və düşünürlər ki, o pulu binanın sahibi ilə bölüb ciblərinə qoyurlar"
Nəhayət ki, Azərbaycanda çoxmənzilli binaların idarə edilməsi ilə bağlı qaydalar müəyyənləşdirilib. Bununla əlaqədar Mənzil Məcəlləsində müvafiq dəyişikliklər edilib. Parlamentin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, "Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin məqsədi çoxmənzilli binanın (o cümlədən, kooperativ binanın) idarə edilməsi ilə bağlı mexanizmlərin təkmilləşdirilməsindən, idarəetmədə mənzil mülkiyyətçilərin daha yaxından iştirakının təmin olunmasından ibarətdir. Nəzərə almaq lazımdır ki, hazırki qanunvericilikdə çoxmənzilli binanın idarə edilməsi üsulu, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi, dövlət və ya bələdiyyə mülkiyyətində olan çoxmənzilli binanın idarə edilməsi, binanın mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə olunması və sair kimi məsələlər nəzərdə tutulsa da, çoxmənzilli binanın idarə edilməsi ilə bağlı vahid qaydaların olmaması bu müddəaların həyata keçirilməsində problemlər yaradır. Qanunvericilikdəki yeniliyə əsasən, çoxmənzilli binanın idarə olunması ilə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək, bu binaların idarə edilməsi ilə bağlı müqavilələr həmin qaydaların tələblərinə uyğun olaraq bağlanılacaq, eyni zamanda, binanın idarə edilməsi zamanı bu qaydaların tələblərinin pozulması məsuliyyətə səbəb olacaq.
Millət vəkili Elmira Axundova qeyd edib ki, Mənzil Məcəlləsinə çox aktual və hətta gecikmiş dəyişikliyi edilib: "Hazırda çoxmərtəbəli binaların hamısında vəziyyət demək olar ki, eynidir. Bina inşa edilir, inşa edən şəxs əlbəttə ümumi yığıncaq keçirmədən özünün qohumunu və ya etibar etdiyi şəxsi binaya kommendant təyin edir.Binanın saxlanması (zibilin daşınması, mənzilin mühafizəsi, podyezdlərdəki işıq, liftin saxlanması və s.) və cari təmir üçün yenə də sakinlərin razılığı olmadan aylıq ödəniş müəyyən edir. Insafnan desək, ödəniş o qədər də böyük deyil, hər halda yeni tikililərdə mənzil alan onu ödəmək qabiliyyətindədir. Bundan sonra kommendantın əsl əzablı günləri başlayır. Bir çox sakinlər girişlərin və liftin saxlanması üçün pul ödəməkdən illərlə yayınırlar, hətta elələri var ki, bu və ya digər kooperativdə mənzil aldıqdan indiyə qədər bir qəpik belə ödəməyiblər. Kommendantların mənə dediyinə görə bəzi sakinlərin borcu 7-8 min manata qədər qalxıb. Belə halda praktiki olaraq kommendant tam gücsüzdür, o, öz sakinlərini yalnızca alicənablığa və vicdanlı olmağa dəvət edə bilər, onun su, işıq, qazı kəsmək səlahiyyəti yoxdur".E.Axundovanın sözlərinə görə, bir çox sakinlər sadəcə prinsip xatirinə pul ödəmirlər: "Çünki kommendanta inanmırlar və düşünürlər ki, o, pulu binanın sahibi ilə bölüb onsuz da yarısını ciblərinə qoyurlar. Bunda da həqiqət payı var. Nəticədə bütün çoxmərtəbəli binalarda sakinlərin sadəcə 30-40 faizi ödəniş edirlər. Bu pula isə binanı normal vəziyyətdə saxlamaq mümkün deyil. Buna görə bir çox, hətta yaxın zamanlarda inşa edilmiş binalar görkəmsiz forma alıblar: dağılmış girişlər, qırıq liftlər, binanın tökülmüş üz boyası. Yuxarıda deyilənlərlə əlaqədar mən Mənzil Məcəlləsinin yeni qaydalarını, xüsusən 141-1-ci maddəni alqışlayıram, hansındakı çoxmənzilli binanın idarə edilməsi qaydasından danışılır. Hər şeydən əvvəl öz sakinləri ilə müqavilə bağlanması qaydası, və bu müqavilələrdə mənzil-kommunal xidmətləri üçün vaxtlı-vaxtında ödənişlərin edilməsini nəzərdə tutulan bəndlər və digər bütün müddəlar qeyd oluna bilər". Millət vəkili, bununla belə bəziməsələlərə aydınlıq gətirilməsinin tərfdarıdır: "Məcəllənin 141-1.1-ci bənd məndə sual doğurur, orada deyilir ki, "çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir" və Bakı və digər regionlarda inşa edilən bütün çoxmənzilli binalar binanın idarə edilməsi müqaviləsi bağlanmaqla bu qaydalara tabe olacaq və onun müddəalarına əməl edəcəklər. Birinci sual, axı MTK-lar heç bir icra hakimiyyəti orqanına tabe deyillər, onlar müstəqildirlər. Qanunda deyilir ki, MTK-lar yekun nəticədə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidirlər. Onlar necə tabe olmadıqları hansısa icra hakimiyyəti orqanının qaydalarına tabe olacaqlar? Deməli, MTK-ların, sonra isə Müştərək cəmiyyətlərin tabeliyini və hansısa yuxarı instansiya qarşısında maliyyə məsuliyyətini qanunda əks elətdirmək lazımdır ki, sonradan sual əmələ gəlməsin. İkincisi, hətta müqavilənin bağlanması vəziyyəti dəyişməyəcək (bir çox MTK-larda sakinlərlə müqavilə bağlanır, lakin onlar kağızda qalırlar), çünki binanın saxlanması üçün ödəniş etməyənləri ödəniş etməyə, kommendantı isə öz vəzifələrini vicdanla icra etməyə məcbur edəcək real icra mexanizmi yoxdur. O sakinlərdən ödənişin alınması ancaq məhkəmə yolu ilə mümkündür, bu isə bildiyiniz kimi uzun və üzücü bir prosedurdur və bir çox idarə edənlər bu yola sadəcə müraciət etmirlər. Çoxmənzilli binalarda ümumi yığıncaq olmur, idarəetmə ilə bağlı seçki keçirilmir, ümumiyyətlə hər hansı bir normal sənədləşmə işidə aparılmır". E.Axundova bildirib ki, köhnə çoxmənzilli binalarda - "xruşovka", doqquzmərtəbələrdə vəziyyət daha acınacaqlıdır: "O binalara girmək belə qorxuludur, liftlərə isə təhlükəlidir. JEK adlanan qurum bu binaların cari təmirindən uzaq düşüblər, sakinlər isə bu məqsədlə pul verməyə öyrəşməyiblər. Bir çoxlarının isə buna sadəcə vəsaiti yoxdur, onlar qaz və işıq pulunu güclə çatdırırlar. Ona görə də bizim bir çox beş və doqquzmərtəbələr bombardımandan zədə görmüş binalara bənzəyirlər. Onları sökmək hər hansı dəyişiklik etməkdən daha rahatdır. Bütün mənzil-kommunal təsərrüfatı sistemini yenidən qurmaqla problemi kökündən həll etmək lazımdır. Halbuki bu sistemi həqiqətən ağılnan qura bilən adama mən Nobel mükafatı verərdim. Buna görə mən təklif olunan dəyişiklikləri ümumilikdə dəstəkləyirəm, lakin hesab edirəm ki, bu kifayət etmir və Mənzil Məcəlləsinə daha radikal və müasir dəyişikliklər etmək lazımdır ki, bu sahədəki vəziyyəti yaxşılığa doğru dəyişmək mümkün olsun".
Alim