Binəqədidə “Media və biz” adlı təlim keçirilib
Binəqədi rayonu, Gənclər Evində “Gənclərin ikt inkişafı mərkəzi” adlı layihə çərçivəsində “Media və Biz” adlı təlim keçirilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a daxil olan məlumata görə, keçirilən təlimdə Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, ASGA-nın sədri, 7news/az saytının rəhbəri Səbuhi Abbasov, AMEA-nın elmi işçisi, İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu, BRİH-də təcrübə keçən ASAN könüllüləri, icra nümayəndələrinin, bələdiyyələrin və MKTB-nin adminləri, YAP-nın fəal gəncləri iştirak ediblər.
14 İyun 2017 12:29 SosialBinəqədi rayonu, Gənclər Evində "Gənclərin ikt inkişafı mərkəzi" adlı layihə çərçivəsində "Media və Biz" adlı təlim keçirilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a daxil olan məlumata görə, keçirilən təlimdə Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, ASGA-nın sədri, 7news/az saytının rəhbəri Səbuhi Abbasov, AMEA-nın elmi işçisi, İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu, BRİH-də təcrübə keçən ASAN könüllüləri, icra nümayəndələrinin, bələdiyyələrin və MKTB-nin adminləri, YAP-nın fəal gəncləri iştirak ediblər. Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova sosial şəbəkədə gənclərin rolundan danışıb və vurğulayıb ki, Binəqədi gəncləri bu sahədə aktivliyini qoruyub saxlayırlar. Natiq onu da qeyd edib ki, maarifləndirici təlimlər, seminarlar rayonda mütəmadi olaraq təşkil edilir və gənclərin media sahəsində maarifləndirilməsi istiqamətində işlər aparılır. Sonra ASGA-nın sədri, 7news/az saytının rəhbəri Səbuhi Abbasov "GƏNCLƏRİN İKT İNKİŞAFI MƏRKƏZİ" adlı layihə çərçivəsində "Media və Biz" adlı təlimin keçirilməsi üçün rayon rəhbərliyinə təşəkkür edib və layihənin əhəmiyyəti haqqında gənclərə geniş məlumat verib. Çıxışlardan sonra təlimdə iştirak edən və Binəqədi rayonunda sosial şəbəkələrdə aktiv olan bir qrupa gəncə Azərbaycan Slavyan Gənclərinin Assosiasiyası tərəfindən diplomlar təqdim edilib.