Sosial
“Böyük İstanbul zəlzələsi” reallaşır?
Həm Türkiyədə, həm ölkəmizdə seysmik aktivlik çox yüksəkdir. Amma Türkiyədə baş verən zəlzələnin həm məsafə, həm də struktur baxımından Azərbaycana təsiri yoxdur. Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı açıqlamasında deyib. Hazırda dünyanın hər yerində seysmik aktivliyin yüksəldiyini vurğulayan Vüsalə Rafiqqızı buna elmi-texniki inkişafın da təsir göstərdiyini bildirib: “Yer kürəsində aktivlik əsasən dağ əmələgəlmə prosesi, eləcə də plitələrin hərəkətinin nəticəsidir, bu proseslər sıxılmalara və zəlzələlərin törənməsinə səbəb olur.
"Aprel döyüşləri göstərdi ki, Azərbaycan işğalla barışmayacaq" - General-leytenant
"Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan xalqı və dövləti işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa olsun, bərpa edəcək".
Polis rəisi işdən çıxarıldı
Göygöl rayon Polis Şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə şöbəsi rəisi Bahadur Şükürov və şöbəsinin əməkdaşı - 1 zabit, 2 serjant) vəzifələrindən azad olunublar.
Azərbaycan ilk dəfə “Çempion layihə” mükafatına layiq görülüb
İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi sahəsində Azərbaycanın uğurlu təcrübəsi olan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “Çempion layihə” mükafatına layiq görülüb. BTİ-nin Cenevrə şəhərində (İsveçrə Konfederasiyası) keçirilən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2017” tədbirində “Çempion layihə” mükafatı Təşkilatın Baş Katibi Xoulin Çjao tərəfindən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevə təqdim olunub.
54 AMEA əməkdaşı mənzillə təmin olunacaq
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin müvafiq qərarı ilə yaradılmış mənzillərin bölüşdürülməsi komissiyası işə başlayıb. Akademiyadan “Olaylar” – a bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanındakı yataqxananın ərazisində yeni inşa edilən binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin AMEA-ya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsi işi aparılıb.
Axtarışda olan 379 nəfər sərhəddə tutulub
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2017-ci ilin may ayı dövlət sərhədini pozduqlarına görə 32 nəfər saxlanılıb. DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, onlardan 13 nəfəri Azərbaycan, 7 nəfəri Özbəkistan, 6 nəfəri Banqladeş, 2 nəfəri Rusiya Federasiyası, hər ölkədən 1 nəfər olmaqla İran İslam Respublikası, Moldova, Pakistan, Əlcəzair vətəndaşıdır.
İftar zamanı yolda olan sərnişinlər üçün Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində çay masası təşkil edilib
İftar zamanı yolda olan sərnişinlər üçün Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində çay masası təşkil edilib. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən daxil olub. Bildirilib ki, iftar vaxtı Mərkəzdə olan sərnişinlər masaya yaxınlaşaraq onlara təklif edilən su, çay və xurmadan istifadə edə bilərlər. Aksiya Bakı Nəqliyyat Agentliyinin Azərsun Holdinqlə birgə təşkilatçılığı ilə keçirilir.
Azərbaycanlı gənclər ATƏT Gənclər Konfransında iştirak edib
İspaniya Krallığının Malaqa şəhərində Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Gənclər Konfransı keçirilib. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, konfrans “Gənclər üçün gənclərlə birgə çalışaq: onlayn təhlükəsizlik və əməkdaşlığın möhkəmləndirilməsi” devizi altında baş tutub.
Bəzi dövlət qurumları ləğv edildi
Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyindəki "Azelektromaş" Elmi-İstehsalat Birliyinin Elmi-Tədqiqat Elektrotexnika İnstitutu ləğv olunduğu elan edib. “Olaylar” xəbər verir ki, bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında elan verilib.
Bu il XI sinifləri 84 088 nəfər şagird bitirir
2016-2017-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagird bitirəcək. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, 2017-2018-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 164 945 nəfərdir.
Nərəcinsli balıq ovuna qadağa yenidən gündəmə gətiriləcək
Xəzər dənizində nərəcinsli balıqların kommersiya (sənaye) ovuna qadağanın (moratoriumun) qoyulması məsələsi bu il yenidən gündəmə gətiriləcək. Bunu Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.
“Formula-1” Azərbaycan Qran-Prisi ərəfəsində “İlkin Tibbi yardım” təlimi keçirilib
İyunun 23-25-də Bakının mərkəzi küçələrində baş tutacaq “Formula-1” Azərbaycan Qran-Prisi ərəfəsində tamaşaçılara ilkin tibbi yardımın göstərilməsində iştirak edəcək Azərbaycan Tibb Universitetinin 150-dən çox könüllüsünə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) Təlim mərkəzi tərəfindən “İlkin Tibbi yardım” mövzusunda nəzəri və praktiki təlim keçirilib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, təlim Respublika Müalicəvi Diaqnostika Mərkəzində baş tutub.














