Sosial

Hamilələrin diqqətinə: düyü yeyin - FAYDALARI

13 İyun 2017 19:50

Hamiləlikdə kalsium, dəmir və vitamin ehtiyacının ödənilməsi üçün yeyilməsi vacib olan qidalar sırasında taxıllar və quru paxlalılar yer alır. Bu dövrdə həm ananın, həm də körpənin ehtiyac duyduğu vitamin qaynağı olaraq düyü yeyilməsi məsləhət görülür. Düyünün tərkibində protein, karbohidrat, fosfor, kalsium, sodium, maqnezium, sink, A, B1, B2 vitaminləri və dəmir olur.

Parlaq dəriyə sahib olmaq üçün 5 VACİB QAYDA

13 İyun 2017 19:45

Gözəl və sağlam dəriyə sahib olmaq üçün bəzi vərdişlərinizi dəyişdirməli olduğunuzu bilirsinizmi? Hər gün müntəzəm olaraq dəri baxımına ayıracağınız bir neçə dəqiqə ilə sağlam və təbii bir dəriyə qovuşa bilərsiniz.

Diqqət: Xroniki yorğunluğa səbəb olan 10 səbəb...

13 İyun 2017 19:23

Bəzən insanlar səbəbsiz yorğunluq, halsızlıq və yuxululuqdan şikayətlənir. Belə vəziyyət daim təkrarlanırsa, bunun səbəbini mütləq araşdırmaq lazımdır ki, bu hər hansı xəstəliyin və ya pozulmanın əlaməti ola bilər. Səbəblər

Xanımlar, sizi xoşbəxt edəcək kişini barmaqlarından tanıyın!

13 İyun 2017 19:07

Araşdırmalar göstərib ki, kişilərin qadınlara qarşı nə qədər nəvazişli olduqlarını öyrənmək üçün onların barmaqlarına baxmaq kifayətdir. Belə ki, barmaqların uzunluğu kişinin nə qədər mədəni və həssas olduğundan xəbər verir.

Rəqs etmək bacarığı kişiləri qadınlar üçün daha cəlbedici edir

13 İyun 2017 19:03

Kişilərin rəqs etmək bacarığı sağlamlıq göstəricisidir və onları qadınlar üçün daha cəlbedici edir. Britaniya alimi Nik Niv belə qərara gəlib. O, Nortambri Universitetində təkamül psixologiyası ilə məşğul olur.

Göygöldə avtomobil dəmir maneəyə çırpılıb, xəsarət alanlar var

13 İyun 2017 18:54

Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Nobel mükafatı laureatı Aziz Sancar Bakı Dövlət Universitetində olub

13 İyun 2017 18:51

Kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Aziz Sancar Bakı Dövlət Universitetində olub. Universitetdən “Olaylar” – a bildirilib ki, təhsil naziri Mikayıl Cabbarovun dəvəti ilə ölkəmizə səfər edən Aziz Sancarın Bakı Dövlət Universitetinə gəlişini yüksək qiymətləndirən rektor, akademik Abel Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiasiyalar və qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb. Prezident İlham Əliyevin iqtisadi potensialı intellekt kapitalına çevirmək istiqamətində qarşıya qoyduğu vəzifələrdən bəhs edən rektor, eyni zamanda, elm və təhsil sahəsində aparılan islahatlara diqqət çəkib, universitetdə Nobel mükafatları laureatları, dünyanın tanınmış alimləri və mütəxəssisləri ilə keçirilən görüşlərdən danışıb.

Sumqayıt, Qusar, Astara, Şuşa, Şəmkir və Qazax ictimaiyyəti üçün mühazirələr keçirilib

13 İyun 2017 18:42

Bilik Fondunun “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə Sumqayıt, Qusar, Astara, Şuşa, Şəmkir və Qazax rayonlarının ictimaiyyəti üçün “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında silsilə mühazirələr təşkil olunub. Fonddan “Olaylar” – a bildirilib ki, Sumqayıt Heydər Əliyev Mərkəzində Şəhər İcra Hakimiyyəti və Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən mühazirədə yerli ictimaiyyətin nümayəndələri – ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər. Fondun keçirdiyi mühazirələrin əhəmiyyətindən danışan Milli Məclisin üzvü Tahir Mirkişi “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzusunda mühazirə ilə çıxış edib.

Qərb Universitetinin tələbələri “Açıq kitab” üsulu ilə imtahan veriblər

13 İyun 2017 18:40

Qərb Universitetində yay imtahan sessiyası davam edir. Bu gün universitetin İşgüzar inzibatçılıq fakültəsinin “Marketinq” ixtisasında təhsil alan tələbələr “Açıq Kitab” (“Open Book”) üslu ilə imtahan veriblər. Bu imtahan forması tələbələrin səthi biliklərdən, əzbərçilikdən uzaqlaşaraq, düşünmək və təhlil aparmaq qabiliyyətini üzə çıxarır və inkişaf etdirir.

DİM buraxılış imtahanı iştirakçılarına müraciət edib

13 İyun 2017 18:30

Dövlət İmtahan Mərkəzi (DİM) 17, 23, 30 iyun tarixlərində bölgələr üzrə ümumi orta (9 illik, II mərhələ) və tam orta (11 illik) təhsil bazasında  təhsilalanların yekun qiymətləndirilməsi üçün buraxılış imtahanları keçirəcək. DİM-dən verilən məlumata görə, ümumi təhsil müəssisələrində təhsilalanların yekun attestasiyası ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətlən­diril­məsi məqsədilə həyata keçirilir.

“Formula 1” yarışları zamanı hansı dəyişikliklər olacaq?

13 İyun 2017 18:04

“Formula 1” yarışları müddətində bəzi turistik avtobusların fəaliyyəti dayandırılacaq. Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. 12 iyun-5 iyul tarixlərində əsassən şəhər istiqamətindəki magistral yolların bağlanmasını nəzərə alaraq, “Baku City Tour” turistik avtobuslarının müvəqqəti fəaliyyəti dayandırılır.

Yeni Azərbaycan Partiyası zəngin və şərəfli yol keçib

13 İyun 2017 17:25

İyunun 13-də Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının IX konfransı keçirilib. Konfransda YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev iştirak ediblər.

Baş Prokurorluq təkzib etdi

13 İyun 2017 17:24

Azərbaycan Respublikası Baş Prokurorluğu bəyanat yayıb. "Olaylar"ın xəbərinə görə, sənəddə bildirilib ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirovun Muxtarlı Əfqan Sabir oğlunun guya Azərbaycan və Gürcüstanın xüsusi xidmət orqanlarının birgə fəaliyyəti nəticəsində Tbilisidə tutularaq Azərbaycana gətirilməsi barədə kütləvi informasiya vasitələrinə verdiyi informasiyalar həqiqəti əks etdirmir: “Bəyan edirik ki, Azərbaycan hüquq mühafizə orqanları Gürcüstan xüsusi xidmət və digər hüquq mühafizə orqanları ilə Ə.Muxtarlının tutulması ilə bağlı əməkdaşlıq etməmiş və bu barədə Gürcüstan tərəfinə hər hansı müraciət olunmamışdır. Əvvəllər də bildirildiyi kimi, ilkin istintaq araşdırmalarına əsasən Azərbaycan Respublikasının vətəndaşı Əfqan Muxtarlı 29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır.

Tanınmış dilçi alim Ahmed Bican Ercilasun AMEA Naxçıvan Bölməsində olub

13 İyun 2017 17:15

AMEA Naxçıvan Bölməsində Türkiyənin tanınmış dilçi alimi, professor Ahmed Bican Ercilasunla görüş keçirilib. Görüşdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Ahmed Bican Ercilasunun türk dünyasının tanınmış dilçi alimlərdən biri olduğunu söyləyib. Qeyd edib ki, alim uzun illər ərzində türk dili və ədəbiyyatına işıq tutan dəyərli elmi əsərlər ortaya qoyub.