Rəqs etmək bacarığı kişiləri qadınlar üçün daha cəlbedici edir

Kişilərin rəqs etmək bacarığı sağlamlıq göstəricisidir və onları qadınlar üçün daha cəlbedici edir. Britaniya alimi Nik Niv belə qərara gəlib. O, Nortambri Universitetində təkamül psixologiyası ilə məşğul olur.

Alim rəqs klublarının daimi müştəriləri olan kişilərin iştirakı ilə eksperiment keçirib. Məlum olmuşdur ki, rəqs edən kişilərə baxan qadınlar onların əl və baş hərəkətlərini deyil, bədəninin, başının və boyunun ekspressiv hərəkətlərinə fikir verirlər. Ehtimal ki, qadınların bu cür prioritetləri instinktiv səviyyədə yaranır.

Eksperiment iştirakçılarından götürülmüş qan analizi göstərmişdir ki, qadınların fikrincə, ən yaxşı rəqqaslar daha sağlamdırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31