Göygöldə avtomobil dəmir maneəyə çırpılıb, xəsarət alanlar var

Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Goranboy rayon sakini, 1980-ci il təvəllüdlü Allahverdiyev Saday Əşrəf oğlu idarə etdiyi "QAZ-24" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan dəmir maneəyə çırpılıb. Qəza zamanı sürücü ağır, sərnişini isə yüngül xəsarət alıb. S. Allahverdiyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31