Sumqayıt, Qusar, Astara, Şuşa, Şəmkir və Qazax ictimaiyyəti üçün mühazirələr keçirilib

Bilik Fondunun “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə Sumqayıt, Qusar, Astara, Şuşa, Şəmkir və Qazax rayonlarının ictimaiyyəti üçün “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında silsilə mühazirələr təşkil olunub. Fonddan “Olaylar” – a bildirilib ki, Sumqayıt Heydər Əliyev Mərkəzində Şəhər İcra Hakimiyyəti və Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən mühazirədə yerli ictimaiyyətin nümayəndələri – ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər. Fondun keçirdiyi mühazirələrin əhəmiyyətindən danışan Milli Məclisin üzvü Tahir Mirkişi “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzusunda mühazirə ilə çıxış edib.

Bilik Fondunun "İdeoloji, sosial və elmi maarifləndirmə" proqramı üzrə Sumqayıt, Qusar, Astara, Şuşa, Şəmkir və Qazax rayonlarının ictimaiyyəti üçün "Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu", "İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri" mövzularında silsilə mühazirələr təşkil olunub.

Fonddan "Olaylar" - a bildirilib ki, Sumqayıt Heydər Əliyev Mərkəzində Şəhər İcra Hakimiyyəti və Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən mühazirədə yerli ictimaiyyətin nümayəndələri - ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər. Fondun keçirdiyi mühazirələrin əhəmiyyətindən danışan Milli Məclisin üzvü Tahir Mirkişi "İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri" mövzusunda mühazirə ilə çıxış edib.

Qusar Rayon İcra Hakimiyyəti və Bilik Fondunun birgə təşkilatçılığı ilə Qusar Rayon Heydər Əliyev Mərkəzində və rayonun Kərim Kərimov adına Hil kənd tam orta məktəbində AMEA Fəlsəfə İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli "Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu", Fondun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla "İlham Əliyev siyasətində tarix, mədəniyyət və dil məsələləri" mövzularında mühazirələrlə çıxış ediblər.

Astarada Lənkəran Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev, AMEA Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Xaqan Balayev yerli ziyalıların və gənclərin nümayəndələrinə dövlət siyasətinin başlıca istiqamətləri haqqında ətraflı məlumat verib.

Paytaxtın Ramana qəsəbəsində məskunlaşmış Şuşa rayonu Malıbəyli kənd tam orta məktəbində Bakı Dövlət Universitetinin professoru Əfsər Sadıqovun "Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu" mövzusunda mühazirəsi təşkil olunub. Şəmkir Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti ilə birgə keçirilən tədbirdə iştirakçılara Bilik Fondunun dövlətçiliyin və Azərbaycançılıq ideologiyasının təbliği istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib, təşkil olunan silsilə mühazirələrin əhalinin ideoloji maarifləndirilməsi işində mühüm əhəmiyyət daşıdığını bildirilib.

Bakı Dövlət Universitetinin professoru Nuru Məmmədov və Azərbaycan Texniki Universitetinin kafedra müdiri Əyyub Kərimovun mühazirələri dinlənilib. Daha bir mühazirə Qazax Heydər Əliyev Mərkəzində yerli İcra Hakimiyyəti ilə birgə təşkil olunub. AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü Misir Mərdanov "İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri" mövzusunda mühazirə ilə çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31