Sosial

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın fəaliyyətinin yekunlarına dair məlumat sessiyası keçirilib

13 İyun 2017 17:00

Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın iki illik fəaliyyətinin yekinlarına həsr edilən məlumat sessiyası keçirilib. Məlumat sessiyasında ölkəmizdə yaradılmış ilk İctimai Şuralardan biri - 2015-ci ilin mayında keçirilmiş seçkilərdə formalşmış DMX yanında İctimai Şuranın miqrasiya sahəsinin müxtəlif istiqamətləri üzrə həyata keçirilən fəaliyyətinə nəzər salınıb, əldə olunmuş nəticələr qeyd olunub.

"ELS" Müstəqil Araşdırmalar Mərkəzi Bərdədə dəyirmi masa keçirdi

13 İyun 2017 16:56

İyunun 13-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi” layihəsi çərçivəsində Bərdə şəhərində dəyirmi masa keçirib.

Cənub zonasında radon qazının təhlükə yaratdığı rayonlar öyrənilir

13 İyun 2017 16:53

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) ölkənin cənub zonasında radon riskli zonaları müəyyənləşdirmək məqsədilə tədqiqat aparır. Bu barədə AMEA GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilir ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı" çərçivəsində aparılan tədqiqat işləri Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarının ərazisində həyata keçirilir. Tədbirlər Proqramının həyata keçirilməsində AMEA ilə birlikdə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər və Səhiyyə Nazirlikləri də iştirak edir.

Qarabağ Regional Bilik Evində Milli Qurtuluş Günü

13 İyun 2017 16:38

Qarabağ Regional Bilik evinin təşkilatçılığı ilə Tərtər rayon 2 nömrəli məktəb-liseydə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Fonddan “Olaylar2 – a bildirilib ki, tədbirdə yerli ziyalılar və ictimaiyyətin nümayəndələri, məktəblilər iştirak ediblər. Qarabağ Regional Bilik Evinin direktoru Gülarə Əkbərova tədbirə toplananları Milli Qurtuluş Günü münasibətilə təbrik edib, onlara müstəqil Azərbaycanın çiçəklənməsi naminə işlərində müvəffəqiyyətlər arzulayıb, məruzə etmək üçün sözü Qarabağ Regional Bilik Evinin mütəxəssisi İradə Əkbərliyə verib. İ.Əkbərli bildirib ki, hər bir xalqın taleyində elə gün olur ki, həmin gün xalqın müqəddəratını həll edir, yüksək dəyər kəsb edir.

Azərbaycanda sərbəst toplaşmaq azadlığının təkmil hüquqi bazası yaradılıb

13 İyun 2017 16:03

Müasir dünyada insan hüquqları sahəsində ən aktual məslələrdən biri sərbəst toplaşmaq azadlığı hesab olunur. Bu hüququn azad söz və fikir ifadəsi ilə birbaşa əlaqəsi olduğundan dövlətlər sərəst toplaşmaq proseduralarını qanunla tənzimləyirlər. Ancaq bu sahəni tənzimləyən milli qanunlar beynəlxalq stansartlara cavab verməlidir.

Vergi ödəyicilərinə göstərilən xidmətlər açıqlanıb

13 İyun 2017 15:58

2017-ci ilin may ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş  19863 zəng cavablandırılıb. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən “Olaylar”a verilən məlumata görə, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 49445 SMS, ikitərəfli mesaj xidmətinin istifadəçilərinə isə 60444 SMS göndərilib. May ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 401435 daxilolma qeydə alınıb. Vergi ödəyicilərinə xidmət strukturlarında 37824 vətəndaş qəbul edilərək onlara 57452  sayda xidmət göstərilib.

5 dövlət müəssisəsi, 2 qeyri-yaşayış sahəsi özəlləşdirilib

13 İyun 2017 15:57

İyunun 13-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti açıq hərrac keçirilib. Olaylar” xəbər verir ki, hərracda 5 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib. Hərracda Bakı  şəhəri üzrə 1 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri-yaşayış sahəsinə, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri yaşayış sahəsinə sahəsinə sifariş verilib.

Azərbaycan və Bolqarıstan hüquqi sahədə səmərəli əməkdaşlıq edir

13 İyun 2017 15:55

Ədliyyə naziri Fikrət Məmmədov respublikamızda səfərdə olan Bolqarıstanın Baş prokuroru Sotir Tsatsarovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycan və Bolqarıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, bu əlaqələrin dərinləşməsində dövlət başçılarının xüsusi rolu və qarşılıqlı səfərlərin mühüm əhəmiyyəti vurğulanıb.

Gömrük və Vergi məcəllələrinə dəyişiklik edilib

13 İyun 2017 15:53

İyunun 13-də keçirilən Milli Məclisin növbədənkənar iclasında "Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə olunub. “Olaylar” xəbər verir ki, dəyişikliklər ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün mexanizmləri dəqiqləşdirir və bu məqsədlə müvafiq icra hakimiyyəti orqanı tərəfindən elektron vergi hesab-fakturasının vahid formasının təsdiq edilməsinin nəzərdə tutur.

Mərkəzi Bank mənfətindən daha səmərəli istifadə edəcək

13 İyun 2017 15:52

"Azərbaycan Mərkəzi Bankı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclsiin bugünkü plenar iclasında müzakirə olunub. “Olaylar”ın verdiyi xəbərə görə, qanun layihəsi Mərkəzi Bankın mənfəətindən daha məqsədli və səmərəli istifadəni təmin etmək məqsədi ilə hazırlanıb.

Vitse-spiker deputatlara xəbərdarlıq edib

13 İyun 2017 15:49

Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin  növbədənkənar sesiyasında “İşsizlikdən sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı bəzi deputatlara xəbərdarlıq edib. Sədr müavini deputatların iclasda sakitliyə riayət etməmələrinə irad tutub: “Kimin özəl söhbəti varsa, çölə çıxsın. Burada səsinizdən iclasdakı müzakirələri eşidə bilmirik”. Parlamentin Komitə sədri Hadı Rəcəbli buna görə B.Muradova təşəkkürünü bildirib.

"İşsizlikdən sığorta haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edilib

13 İyun 2017 15:45

Milli Məclisinin növbədənkənar sessiyasında yeni hazırlanan "İşsizlikdən sığorta haqqında" qanun layihəsi ilk oxunuşda müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, qanunun məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.

Universitetlərə hazırlıq kursları müvafiq icra hakimiyyəti tərəfindən təşkil olunacaq

13 İyun 2017 15:43

Milli Məclisin iyunun 13-də keçirilən növbədənkənar plenar iclasında Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olunub. Layihə ilə bağlı Hüquqi siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib.

Züleyxa Nadir yazır... Savad ziyalılığın baş tacıdı

13 İyun 2017 15:42

“Özü sual olan müəllim”. Bir həftə əvvəl “Olaylar”da yazdığım yazının sərlövhəsidi. Düz bir həftədi yazıya görə məni “cəzalandırırlar”. Cənub bölgəsindən olan insanlar, üstəlik də özlərini ali təhsilli, savadlı hesab edənlər ünvanıma ləyaqətə sığmayan, əxlaqdan kənar sözlər yazırlar. Guya ki, mən cənub zonasının insanlarını və müəllimlərini təhqir etmişəm.