Sosial

Sumqayıtda sudan zəhərlənən uşaqların 46-sı hələ də xəstəxanadadır

13 İyun 2017 15:39

Hazırda Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasında 46 uşağın stasionar müalicəsi davam etdirilir. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşıSəfayə Əhmədova məlumat verib. 

Mobil telefonlar kredit borcuna görə bağlana bilər

13 İyun 2017 15:37

Azərbaycanda mobil telefonların pərakəndə satış məntəqələri IMEI-kodlarının qeydiyyat sisteminin "Girov" moduluna qoşulub. Bu barədə layihəyə yaxın mənbə məlumat verib.

Hava dəyişkən buludlu olacaq

13 İyun 2017 15:29

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 16-18, gündüz 24-29, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

Abşeron yarımadasında 30-a qədər qəsəbəyə şəhər statusu verilməsi təklif edilir

13 İyun 2017 15:19

“Hazırda Abşeron iqtisadi rayonunda olan qəsəbələrin sayı 69-a çatır. Onlardan 59-u Bakı şəhəri ətrafında, 8-i Abşeron rayonunda yerləşir, 2-si isə Sumqayıta tabedir”. 

Sədiyar Rəhimov elmi – praktik seminarda

13 İyun 2017 15:13

Azərbaycan  Milli Elmlər Akademiyası Fizika İnstitutu İnnnovasiya sektorunun rəhbəri, fizika üzrə elmlər doktoru Sədiyar Rəhimov Rusiya Federasiyasında ezamiyyətdə olub. İnstitutdan “Olaylar” – a bildirilib ki, ezamiyyətin məqsədi Mahaçqala şəhərində təşkil olunmuş “Kondensə olunmuş mühitlərin fizikasının aktual problemləri” adlı X elmi-praktiki seminarda iştirak etmək olub. 

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib

13 İyun 2017 15:12

Milli Məclisinin iyunun 13-də keçirilən növbədənkənar iclasında İnzibati Xətalar Məcəlləsinin 598-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) maddəsinə təklif edilən əlavə müzakirəyə çıxarılıb.

Çimərliklərlə bağlı yeni tələblər müəyyən edildi

13 İyun 2017 15:11

Milli Məclisin iyunun 13-də keçirilən növbədənkənar plenar iclasında Torpaq Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki,  layihəyə əsasən, ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.

Deputatdan təklif: ali məktəblərə qəbul asanlaşdırılmalıdır

13 İyun 2017 15:10

Milli Məclisin bu gün keçirilən iclasında deputat  Fazil Mustafa ali məktəblərə qəbulu asanlaşdırıb, bitirməyi çətinləşdirməyi təklif edib. Deputat deyib ki, xarici ölkələrdə ali məktəblərə qəbul prosesi çox sadədir: “Amma ali məktəbləri bitirmək hər kəsə müyəssər olmur. Bizdə də ali məktəbə qəbul prosesi asanlaşdırılmalıdır. Ali məktəblərdə təhsil haqqını ödəyənlər, oxusunlar. Bununla xaricə də pul axını azala bilər. Ermənistanda 92508 tələbə var. Biz adambaşına düşən tələbələrin sayına görə geri qalırıq. Ölkədə elmlər doktorları azdır. Təklif edirəm ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yox müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla ali məktəblərə hazırlıq kursları açılsın”. 

Zahid Oruc “MTN işi” ilə bağlı məsələ qaldırdı: Spiker irad bildirdi

13 İyun 2017 15:08

"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunda çox gözəl maddə var. 9.1.4-cü maddədə göstərilib ki, monitorinq iştirakçılarının xarici dövlətlərin siyasi xadimləri ilə davam edən işgüzar münasibətləri daimi olaraq nəzarətdə saxlanılmalıdır. Bu çox düzgün bir maddədir.

Deputat bazarın müsadirə olunmasına haqq qazandırdı

13 İyun 2017 15:06

“Bu gün Bakıda kimsə 60-70 min manata bazar alır, hansı ki, onun qiyməti milyonlarla manata ölçülür. İndi o bazar onu alan şəxsin əlindən alınıb müsadirə edilməməlidir? Təbii ki, müsadirə olunmalıdır”.

Yaqub Mahmudov: "Əslində Azərbaycanın Ermənistana qarşı haqlı ərazi iddiası olmalıdır"

13 İyun 2017 14:43

Qarabağ Araşdırmalar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası layihəsi çərçivəsində KİV nümayəndələri üçün “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri” haqqında qısamüddətli elmi maarifləndirmə və təbliğat kursları keçirb.

Əmək Nazirliyi tərəfindən 50 nəfər əlilliyi olan şəxs Nabran istirahət mərkəzinə yola salınıb

13 İyun 2017 14:31

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, 50 nəfər əlilliyi olan şəxs Xaçmaz rayonunda yerləşən Nabran istirahət mərkəzinə göndərilib.

Azərbaycanda “terrorçu” anlayışı dəyişdirildi

13 İyun 2017 14:28

Azərbaycanda “terrorçu” və “terror təşkilatı” anlayışları dəyişdirilir. “Olaylar” xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna dəyişiklik edilməsi müzakirə olunub. Layihəyə əsasən, qanunun 1-ci maddəsinin üçüncü bəndində bildirilir ki, terrorçu-hər hansı formada, birbaşa və ya dolayısı ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi, köməkçi və icraçı qismində iştirak edən və ya bu cür aktları hazırlayan və ya onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin terror fəaliyyətini həyata keçirməsinə bilə-bilə yardım göstərən fiziki şəxsdir.