Sədiyar Rəhimov elmi – praktik seminarda
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu İnnnovasiya sektorunun rəhbəri, fizika üzrə elmlər doktoru Sədiyar Rəhimov Rusiya Federasiyasında ezamiyyətdə olub. İnstitutdan “Olaylar” – a bildirilib ki, ezamiyyətin məqsədi Mahaçqala şəhərində təşkil olunmuş “Kondensə olunmuş mühitlərin fizikasının aktual problemləri” adlı X elmi-praktiki seminarda iştirak etmək olub.
13 İyun 2017 15:13 SosialAzərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu İnnnovasiya sektorunun rəhbəri, fizika üzrə elmlər doktoru Sədiyar Rəhimov Rusiya Federasiyasında ezamiyyətdə olub. İnstitutdan "Olaylar" - a bildirilib ki, ezamiyyətin məqsədi Mahaçqala şəhərində təşkil olunmuş "Kondensə olunmuş mühitlərin fizikasının aktual problemləri" adlı X elmi-praktiki seminarda iştirak etmək olub. Dağıstan Elmi Mərkəzinin Fizika İnstitutunda keçirilmiş seminar AMEA Fizika İnstitutunun birinci olmuş direktoru akademik Həbibulla Əmirxanovun 110 illiyinə həsr olunub. Seminarın açılış hissəsində S.Rəhimov H.Əmirxanovun Azərbaycanda yaşadığı illər ərzindəki həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib və AMEA Fizika İnstitutunun direktoru, Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin akademik katibi, akademik Nazim Məmmədovun tədbir iştirakçılarına təbrik məktubunu çatdırıb.