Deputatdan təklif: ali məktəblərə qəbul asanlaşdırılmalıdır

Milli Məclisin bu gün keçirilən iclasında deputat  Fazil Mustafa ali məktəblərə qəbulu asanlaşdırıb, bitirməyi çətinləşdirməyi təklif edib. Deputat deyib ki, xarici ölkələrdə ali məktəblərə qəbul prosesi çox sadədir: “Amma ali məktəbləri bitirmək hər kəsə müyəssər olmur. Bizdə də ali məktəbə qəbul prosesi asanlaşdırılmalıdır. Ali məktəblərdə təhsil haqqını ödəyənlər, oxusunlar. Bununla xaricə də pul axını azala bilər. Ermənistanda 92508 tələbə var. Biz adambaşına düşən tələbələrin sayına görə geri qalırıq. Ölkədə elmlər doktorları azdır. Təklif edirəm ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yox müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla ali məktəblərə hazırlıq kursları açılsın”. 

Milli Məclisin bu gün keçirilən iclasında deputat  Fazil Mustafa ali məktəblərə qəbulu asanlaşdırıb, bitirməyi çətinləşdirməyi təklif edib. Deputat deyib ki, xarici ölkələrdə ali məktəblərə qəbul prosesi çox sadədir: "Amma ali məktəbləri bitirmək hər kəsə müyəssər olmur. Bizdə də ali məktəbə qəbul prosesi asanlaşdırılmalıdır. Ali məktəblərdə təhsil haqqını ödəyənlər, oxusunlar. Bununla xaricə də pul axını azala bilər. Ermənistanda 92508 tələbə var. Biz adambaşına düşən tələbələrin sayına görə geri qalırıq. Ölkədə elmlər doktorları azdır. Təklif edirəm ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yox müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla ali məktəblərə hazırlıq kursları açılsın". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31