Qarabağ Regional Bilik Evində Milli Qurtuluş Günü

Qarabağ Regional Bilik evinin təşkilatçılığı ilə Tərtər rayon 2 nömrəli məktəb-liseydə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Fonddan “Olaylar2 – a bildirilib ki, tədbirdə yerli ziyalılar və ictimaiyyətin nümayəndələri, məktəblilər iştirak ediblər. Qarabağ Regional Bilik Evinin direktoru Gülarə Əkbərova tədbirə toplananları Milli Qurtuluş Günü münasibətilə təbrik edib, onlara müstəqil Azərbaycanın çiçəklənməsi naminə işlərində müvəffəqiyyətlər arzulayıb, məruzə etmək üçün sözü Qarabağ Regional Bilik Evinin mütəxəssisi İradə Əkbərliyə verib. İ.Əkbərli bildirib ki, hər bir xalqın taleyində elə gün olur ki, həmin gün xalqın müqəddəratını həll edir, yüksək dəyər kəsb edir.

Qarabağ Regional Bilik evinin təşkilatçılığı ilə Tərtər rayon 2 nömrəli məktəb-liseydə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Fonddan "Olaylar2 - a bildirilib ki, tədbirdə yerli ziyalılar və ictimaiyyətin nümayəndələri, məktəblilər iştirak ediblər.

Qarabağ Regional Bilik Evinin direktoru Gülarə Əkbərova tədbirə toplananları Milli Qurtuluş Günü münasibətilə təbrik edib, onlara müstəqil Azərbaycanın çiçəklənməsi naminə işlərində müvəffəqiyyətlər arzulayıb, məruzə etmək üçün sözü Qarabağ Regional Bilik Evinin mütəxəssisi İradə Əkbərliyə verib. İ.Əkbərli bildirib ki, hər bir xalqın taleyində elə gün olur ki, həmin gün xalqın müqəddəratını həll edir, yüksək dəyər kəsb edir.

Məruzədən sonra şəhər 2 saylı məktəb-liseyin tarix müəllimləri Aybəniz Mustafayeva, Səbinə Zeynallı, məktəbin X sinif şagirdi Ülviyyə İsmayıllı çıxış edərək o dövrün siyasi-tarixi mənzərəsi barədə iştirakçılara məlumat veriblər.

Tədbirin sonunda məktəblilər Azərbaycana, Ulu Öndərə aid şeirlər söyləyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31