5 dövlət müəssisəsi, 2 qeyri-yaşayış sahəsi özəlləşdirilib

İyunun 13-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti açıq hərrac keçirilib. Olaylar” xəbər verir ki, hərracda 5 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib. Hərracda Bakı  şəhəri üzrə 1 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri-yaşayış sahəsinə, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri yaşayış sahəsinə sahəsinə sifariş verilib.

İyunun 13-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti açıq hərrac keçirilib. Olaylar" xəbər verir ki, hərracda 5 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib. Hərracda Bakı  şəhəri üzrə 1 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri-yaşayış sahəsinə, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri yaşayış sahəsinə sahəsinə sifariş verilib. Özəlləşdirilən əmlaklar tikinti, ticarət, təmir, səhiyyə sahəsinə aid olub. Həmin əmlaklar müvafiq olaraq Bakının Sabunçu rayonunda, Tovuz, Gəncə və Oğuzda yerləşir. Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Tovuzda yerləşən "Turan" kiçik dövlət müəssisəsini və Gəncədə olan Təsərrüfat hesablı Təmir Tikinti sahəsini nümunə kimi göstərmək olar. Qeyd edilməlidir ki, "Turan" kiçik dövlət müəssisəsinin torpaq sahəsi 1306 kv.m, ümumi faydalı sahəsi isə 298 kv.m-ə yaxındır. Təsərrüfat hesablı Təmir Tikinti sahəsinin isə torpaq sahəsi 281 kv.m, ümumi faydalı sahəsi 81 kv.m-ə yaxındır. Özəlləşdirilən əmlakların sahəsi 80 kv.m ilə 577 kv.m arasında dəyişir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31