“Böyük İstanbul zəlzələsi” reallaşır?

Həm Türkiyədə, həm ölkəmizdə seysmik aktivlik çox yüksəkdir. Amma Türkiyədə baş verən zəlzələnin həm məsafə, həm də struktur baxımından Azərbaycana təsiri yoxdur. Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı açıqlamasında deyib. Hazırda dünyanın hər yerində seysmik aktivliyin yüksəldiyini vurğulayan Vüsalə Rafiqqızı buna elmi-texniki inkişafın da təsir göstərdiyini bildirib: “Yer kürəsində aktivlik əsasən dağ əmələgəlmə prosesi, eləcə də plitələrin hərəkətinin nəticəsidir, bu proseslər sıxılmalara və zəlzələlərin törənməsinə səbəb olur.

Həm Türkiyədə, həm ölkəmizdə seysmik aktivlik çox yüksəkdir. Amma Türkiyədə baş verən zəlzələnin həm məsafə, həm də struktur baxımından Azərbaycana təsiri yoxdur. Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı açıqlamasında deyib. Hazırda dünyanın hər yerində seysmik aktivliyin yüksəldiyini vurğulayan Vüsalə Rafiqqızı buna elmi-texniki inkişafın da təsir göstərdiyini bildirib: "Yer kürəsində aktivlik əsasən dağ əmələgəlmə prosesi, eləcə də plitələrin hərəkətinin nəticəsidir, bu proseslər sıxılmalara və zəlzələlərin törənməsinə səbəb olur.

Aktiv ərazilərdə vaxtaşırı hiss olunan və hiss olunmayan təkanlar baş verir. Azərbaycan ərazisinin Xəzər dənizi, Şamaxı-İsmayıllı bölgəsi, Talış dağ sistemi, Gəncə-Daşkəsən, Şəki-Balakən rayonları seysmoloji aktivlik zonalardır".

Vüsalə Rafiqqızının sözlərinə görə, Xəzər dənizi ən aktiv seysmoloji bölgədir: "Hər gün orada və respublikamızın bir çox ərazisində 0.1-1.0 balla zəlzələlər baş verir. Maqnitudası üç baldan yuxarı olan təkanlar barədə ictimaiyyətə məlumat verilməsi beynəlxalq seysmoloji təşkilatların qəbul etdiyi qərardır.

Azərbaycan Respublika Seysmoloji Xidmət Mərkəzi dünyada seysmoloji tədqiqatlar aparan ölkələr arasında ilk beşlikdə yer tutur. Nə ABŞ, nə Yaponiyada - heç kəs zəlzələnin vaxtını və neçə bal olacağını dəqiqliklə, əvvəldən deyə bilməz. Sadəcə aktiv zona üçün zəlzələnin baş verə biləcəyi ehtimalını demək mümkündür. Türkiyədə yenidən təkanların gözlənilməsi xəbəri isə sadəcə proqnozdur. Bu fikri ona görə vurğulayıram ki, verilmiş proqnozların gerçəkləşməsi mütləq deyil".

Qeyd edək ki, Türkiyədə ötən gün 6,3 və 4,9 bal gücündə olan ardıcıl təkanlar "Böyük İstanbul zəlzələsi" haqda proqnozları gündəmə gətirib. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31