Azərbaycanlı gənclər ATƏT Gənclər Konfransında iştirak edib
İspaniya Krallığının Malaqa şəhərində Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Gənclər Konfransı keçirilib. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, konfrans “Gənclər üçün gənclərlə birgə çalışaq: onlayn təhlükəsizlik və əməkdaşlığın möhkəmləndirilməsi” devizi altında baş tutub.
14 İyun 2017 10:51 Sosialİspaniya Krallığının Malaqa şəhərində Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Gənclər Konfransı keçirilib. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, konfrans "Gənclər üçün gənclərlə birgə çalışaq: onlayn təhlükəsizlik və əməkdaşlığın möhkəmləndirilməsi" devizi altında baş tutub. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkəmiz Gənclər Konfransında Ucal Ağammədov və Pərvin Rəhimli ilə təmsil olunub. İki gün ərzində "Gənclər, təhlükəsizlik və sülhün hazırkı vəziyyəti", "Gənclər və Sosial Media: radikallaşma və ekstremizmlə mübarizə", "Kibertəhlükəsizlik və iqtisadi təsirlər", "Ətraf mühitin təhlükəsizliyi üzrə gənclər platforması: davamlı dünyanın yaradılması", "Tolerantlığın təbliği", "Gənclərin qərarvermə proseslərində iştirakı" və s. kimi müxtəlif mövzuları əhatə edən, BMT və ATƏT ekspertlərinin də iştirak etdiyi müzakirələrin nəticəsi olaraq Konfransın bağlanış mərasimində "Gənclər, Sülh və Təhlükəsizlik üzrə Dekaloq" ATƏT rəhbərliyinə təqdim edilib.