DİM: Magistraturaya qəbulun II mərhələsi üzrə müsabiqə şərtləri aşağı salınmayıb

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi üzrə müraciətlərə baxılması üçün DİM tərəfindən yaradılmış Apellyasiya Komissiyası öz işini yekunlaşdırıb. DİM-dən verilən məlumata görə, Komissiyada qəbul imtahanının ikinci mərhələsi üzrə müsabiqə şərtlərinin aşağı salınması və tədris dili imtahan verilən dildən fərqli ixtisasların seçilməsinə icazə verilməsi ilə əlaqədar daxil olan çoxsaylı müraciətlərə baxılıb. 

Lakin qəbul imtahanının ikinci mərhələsi üzrə müsabiqə şərtlərinin aşağı salınması və tədris dili imtahan verilən dildən fərqli ixtisasların seçilməsinə icazə verilməsi məqsədəuyğun hesab edilməyib.
 
Açıq formalı test tapşırıqlarının cavabını kodlaşdırarkən texniki qüsurlara yol vermiş bakalavrların, yazılı imtahan verib markerlər tərəfindən verilən qiymətindən narazı olanların, bakalavrların bəzi test tapşırıqlarının məzmunu ilə bağlı Komissiyaya daxil olan müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul olunub. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31